O, Peyğəmbərin (s) zamanında öz ləyaqətsizliyini əməldə sübut edən Vəlid, Rəsulullahın (s) tərəfindən Bəni Mustələq tayfasından zəkat yığmağa göndərilmişdi. Bəni Mustələq tayfası onu qarşılamağa çıxanda o elə təsəvvür etdi ki, onu öldürmək istəyirlər. O, vəziyyəti belə görüb Mədinəyə qayıtdı və fəryad etdi ki, Bəni Mustələq tayfası mürtəd olub və müsəlmanların əleyhinə qiyam ediblər. Həmin anda “Nəbə” ayəsi nazil oldu:1اِن جائكم فاسق بنبـأ فتبيّنو 2Bir gün Vəlid Əli (ə)-a dedi: “Mən səndən daha natiqəm.” Həzrət Əli (ə) onun cavabında buyurdu: “Sən ancaq fasiqsən!” Ola bilsin bu cavab həmin ayəyə istinadən deyilirdi. Sonra bu ayə nazil oldu: