O, Mərvanın atası və Osmanın əmisi idi. Məkkənin fəthi zamanı müsəlman olmuşdu və tuləqadan (azad olunmuş) sayılırdı. Tarix mənbələri onu münafiq olaraq qeyd edirlər. Belə ki, həmişə göz, qaş, əl və dil ilə Peyğəmbəri (s) istehza edib və o həzrətin yol getməsini təqlid edirdi. Bir gün Peyğəmbər (s) yol gedərkən öz arxasına baxdı və Həkəmin onu məsxərə edərkən gördü. Peyğəmbər (s) onu qarğış etdi ki, elə o halda qalsın. O dərhal bədən əsməsinə düçar oldu və ömrünün axırına qədər məsxərəli sifəti var idi.3 O namaz qılarkən Peyğəmbərə (s) cəsarətini əsirgəmirdi və nəhayət Peyğəmbər (s) onu və övladlarını Taifə sürgün etdi. Peyğəmbər (s) onu haqqında deyirdi: “Allaha pənah aparıram bu kişinin sülaləsindən4. Allahın lənəti olsun ona və onun nəslinə ki, məlun kərtənkələdirlər!”5 Ayişə Mərvana deyirdi: “Rəsulullah (s) atanı bir halda ki, sən onun nəslindənsən lənətlədi və sən də Allahın və onun rəsulunun (s) lənətlədiyi bir çirkin adamsan”1 Həkəm ibn Əbil-As birinci və ikinci xəlifənin dövründə sürgündə idi. Osman həmişə çalışırdı ki, onu geri qaytarsın. Ikinci xəlifə öləndən sonra Osman onu Mədinəyə çağırdı və yüz min gümüş sikkə ona hədiyyə edib Quzaə qəbiləsinin zəkatını yığmağı ona həvalə etdi. zəkatlar yığılandan sonra ondan ona üç yüz min gümüş sikkə bağışladı.2