Günah lüğət elmində


ما ضَلَّ صاحِبُكُم وَ ما غَوَى



Yüklə 2,71 Mb.
səhifə16/163
tarix02.01.2022
ölçüsü2,71 Mb.
#9493
1   ...   12   13   14   15   16   17   18   19   ...   163
ما ضَلَّ صاحِبُكُم وَ ما غَوَى. وَمَا يَنْطِقُ عَنِ الهَوَى. انْ هُوَ الاَّ وَحْيٌ يُوحَى. عَلَّمَهُ شَدِيدُ القُوَ5

Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s) ) nə (əməldə səadət ) yolundan çıxıb və nə də (əqidə-sində haqdan) azıb. O, (Quranın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır.

Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir. Onu ona (Peyğəmbərə) quvvələri möhkəm və güclü olan (əmanətdar Cəbrail) öyrətmişdir.(Nəcm surəsi 2-5-ci ayələr)

اِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ . وَ ماَ هُوَ بِقَوْلِ شَاعِرٍ قَلِيلاً مَا تُؤْمِنُونَ . وَ لا بِقَوْلِ كَاهِنٍ قَلِيلاً مَا تَذَكَّرُون

تَنْزِيلٌ مِنْ رَبِّ العَالَمِينَ .وَ لَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الاَقَاوِيلِ. لّأَخَذْنَا مِنْهُ بِالْيَمينِ ثُمَّ لَقَطَعْنَا مِنْهُ الوَتِي1

Şübhəsiz, bu (Quran) möhtərəm bir elçinin (Cəbrailin və Peyğəmbərin) sözüdür. Bu, bir şairin sözü deyildir! (Lakin) siz çox az iman gətirirsiniz! Və nə də (ki, cinlərdən söz öyrənən) bir kahinin sözüdür! (amma çox az öyüd nəsihət alırsınız. (Bu kitab)aləmlərin rəbbi tərəfindən nazil edilmişdir. Və əgər o, bəzi sözləri nahaqdan Bizə nisbət versəydi, şübhəsiz onu bütün qüdrətimizlə yaxalayardıq və yaxud sağ əlini əzaba çəkərdik. Sonra da şübhəsiz, onun ürəyinin şah damarını qoparardıq.(“Əl-haqqə” surəsi, 40-46-cı ayələr).

Ayələrdən əlavə ağıl bu xüsusiyyəyləri nübuvvət məqamından uzaq bilir. Əks təqdirdə Peyğəmbər də (s) digərləri kimi olacaq və belə bir halda kiçik bir sözünə belə bel bağlamaq mümkün olmayacaqdır.

Bəs, görəsən, onda belə bir nisbəti verməklə o, hansı hədəfi güdmüşdür? O, istəmirdimi ki, Peyğəmbər bir şeyi yazmaqla dünyanın sonuna qədər olacaq insanların düz yoldan çıxmalarının qarşısı alınsın?! Görəsən, dünyanın sonuna qədər olacaq insanların hidayət tapmasından qiymətli bir şey vardır?! Hansı məsləhət bu işdən yuxarıdır?! Əbu Bəkr də Ömərin xilafətini vəsiyyət etdiyi zaman təbii haldan kənara çıxmışdı, lakin heç kəs onun sayıqlamasını demədi! Baxmayaraq ki o, nə Peyğəmbər kimi məqama, nə də şə`nə malik deyildi! O, xilafət məsələsini yazdığı zaman bihuş oldu. Osman Əbu Bəkrin vəsiyyət etməzdən qabaq ölməsindən qorxaraq onun (Əbu Bəkrin) nəzəri olmadan yazını Ömərin canişin təyin olması ilə tamamladı. Əbu Bəkr ayılıb huşa gəldikdən sonra onu imzaladı.2

Görəsən, Allah Rəsulunun (s) əmri və istəyi vacibi çatdırmırdı? Necə oldu ki, həzrətin Əhli-beyti o sözdən vacib olmanı başa düşdülər? Bundan başqa caizdirmi Peyğəmbərin vacib olmayan sözləri belə qəbul olunmasın və adi insanların qarşısında xəstə və can halında (hörmətsizlik rəva olmadığı halda) hörmət qoyulmadan səs-küy salınsın və ucadan danışılsın?!

Allahın Rəsulunun (s) o sözdən sonra artıq yazmaq istəməməsi bu demək deyildi ki, Öz əmrini vacib bilmirdi, əksinə başqa bir səbəb də vardı ki, sonradan deyiləcəkdir.

Həqiqət bunu göstərir ki, orada olanların verilən əmrdən başa düşdükləri, vacibdən başqa bir şey olmamışdır. Digər bir şeyi başa düşsəydilər iş ixtilaf və davaya çəkməzdi. Əməl etmək istəyən əməl edər, etmək istəməyənsə əməl etməzdi. Amma öz hədəflərinə yetişə bilməyən dəstə, vacıb işi qəbul edə bilmədiklərindən, aşikara ondan boyun qaçırdılar. Cammat yersiz danışan xəstənin bəhanəsinin ardınca getmədikləri kimi, tələb olunanın ağıl və sağlam düşüncə ilə deyilməsində şəkk yaratmaqla, əməl edilməsinin zəruriliyini bildirdilər.

Allahın Rəsulunun (s) həyatı boyu, həmçinin ömrünün son günlərində dediyi sözlərin arasında təkcə o cümləydi ki, xəstəliyin şiddətlənməsi və s. görə deyilirdi? Nə üçün Usamənin ordusunun yığılması və hərəkət etməsi barədə təkidlə fərman verəndə heç kəs Peyğəmbərə sayıqlamaq nisbətini vermədi? Təkcə onu tə`xirə saldılar ki, bu da öz hədəflərinə çatmaq üçün bir səbəb idi. Buna görə də son ana qədər hətta vəsiyyət yazılmasını istədikdən dörd gün sonra Usamənin qoşununun hərəkət etməsinə israr edir, böyun qaçıranları lənətləyirdi. Lakin (həzrətə) heç bir nisbət verməyərək təkcə boyun qaçırırlar. Əbu Bəkrlə beyət olunduqdan sonra isə azacıq gecikmədən belə, təkid olunan əmr həyata keçırılir!

Bu töhmətdən sonra Peyğəmbərin şifahi vəsiyyətinə heç kəs müxalif olmur. Sadəcə olaraq onlardan ilk ikisi qəbul edilir, birisə qələmdən düşür. Bundan əlavə, deyilənlərə görə Peyğəmbər (s) ömrünün son anlarında Əbu Bəkrə (camaatla) namaz qılmaq göstərişini verirmiş, lakin bu göstəriş sayıqlamaqla qiymətlənməmişdir!1

Keçən bəhslərdə Əbu Cəfər Nəqibdən nəql etdikdə, işarə etdik ki, o səhabələrin köməkləşərək Əli ibn Əbi Talibin (ə) xilafətə yetişməsinin qarşısını almalarını qəbul edərək demişdir: Onlar xilafət məsələsini digər dünyəvi məsələlər, məsələn, sərkərdələrin başçılığı, döyüşlərdə tədbirçi, siyasətçi və rəiyyət idarə etmək kimi başa düşür, elə buna görə də məsləhət bildikləri məsələlərdə Peyğəmbərin (s) göstərişləriylə müxalifət edirdilər.2



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin