Günah lüğət elmində



Yüklə 2,71 Mb.
səhifə88/163
tarix02.01.2022
ölçüsü2,71 Mb.
#9493
1   ...   84   85   86   87   88   89   90   91   ...   163

MÜXALIFƏTIN SƏBƏBLƏRI


Əbu Bəkrin hökuməti bütün müxalif qüvvələrini “mürtəd” adlandırıb, bu ittihamla onlarla döyüşə çalışsa da, onların hamısını mürtəd adlandırmaq olmazdı. Bu ittiham canlı qüvvələri hökumət müxaliflərinə qarşı qaldırmaq üçün ən yaxşı vasitə idi. Bu hadisələri təfərrüatı ilə araşdırdıqda, mə`lum olur ki, müxaliflərin böyük bir qrupu həqiqətdə mürtəd olmadıqları kimi, onlara qarşı hörmətsizlik etmək və döyüş qalxmaq da düzgün deyildi, hərçənd, xəlifənin əmrinə əsasən, hər kim təslim olmasa, ya öldürülməli, ya yandırılmalı, eləcə də əhli-əyalı əsir olunmalıdır.1

Bu mövzu ilə əlaqədar çoxlu kitab yazıldığı üçün, biz burada onu qısa izah etməklə kifayətlənirik:

Irtidad böhranı və xalq qiyamına zəmin yaradan amillərin ən mühümü Peyğəmbəri-Əkrəm (s)-in vəfat xəbərinin yayılması ilə Əbu Bəkrin hökumətə çatmasının eyni zamanda baş verməsi idi. Çünki Ərəbistan yarımadasının ətraf qəbilələrinin Peyğəmbəri-Əkrəm (s)-in nümayəndələri sayılan qəbilə başçıları ilə birlikdə o həzrətdən sonra Əli ibn Əbi Talib (ə)-ın canişin olmasından müəyyən qədər mə`lumatları olduğu üçün Əbu Bəkrin xilafət kürsüsündə əyləşməsindən təəccübdə idilər. Canişinlik məsələsi ilə bağlı səhabələr arasındakı ixtilafın tezliklə hər tərəfə yayılması imanı zəif olan qəbilələri şəkk və tərəddüdə düçar etdi. Onlar belə düşünürdülər ki, Peyğmbər (s)-in səmimi və seçilmiş səhabələri hökumət barəsində eyni fikrdə olmadığı və o həzrətin mirasına sahib olmaqda bir-birləri ilə ixtilaf etdiyi halda, başqalarından nə gözləmək olardı?!

Həmişə onlara xəbər çatırdı ki, Peyğəmbər (s)-in ardıcılları hökumət üzərində bir-birlərinin əleyhinə çıxmışlar. Digər tərəfdən isə o həzrətin Əhli-beyti və Sə`d Xəzrəcinin dəstəsi yeni xəlifə ilə bey`ət etməmişlər. Bu xəbərlər onların əqidələrini müəyyən qədər süstləşdirmişdi.

Müxaliflər müxtəlif məqsəd və fikirdə olduqları üçün Əbu Bəkr onların əleyhinə qərar çıxarmaqda çətinliklə üzləşərək, onların hamısını bir ittihamla məhkum edə bilmirdi. Onun müxalifləri məhkum etməkdə gördüyü ən mühüm iş onların eyni fikirdə olmalarını qələmə vermək idi. O, bununla bütün bu qrupları Peyğəmbər (s)-in hökumətinə qarşı çıxan və yenidən cahiliyyət əqidələrini dirçəldən tüğyançı mürtədlər kimi tanıtdırmağa çalışırdı. Bu o zaman idi ki, bə`zi qəbilələr Mədinəyə hücum etmək üçün hazırlaşırdılar. Buna əsasən, o, camaatı yığmaqla onların əleyhinə qanlı müharibə başladı, bu müharibədə minlərlə adam öldürüldü. Xəlifə ərəb tayfalarına xitab edərək dindən çıxan hər kəsin tövbə etmədiyi təqdirdə qətlə yetirilməsi, yandırılması və əhli-əyalınının əsir edilməsi ilə bağlı sərəncam verdi.

Bu hökmün Islam baxımından heç bir əsası yox idi və yalnız xəlifənin şəxsi ictihadından doğurdu. Islam dini xüsusilə mürtədlərə qarşı son dərəcədə ehtiyatı gözləmiş və heç vaxt onları əqidələrində şübhəyə düçar olduqlarını ehtimal verən kimi cəzalandırmır və irtidada məhkum etmir.

Şiə və əhli-sünnə mənbələrində belə yazılır: “Xəlifənin müharibə etdiyi müxalif qüvvələrinin əksəriyyəti tövhid və nübüvvətə inanır və namaz qılırdılar.” Ibn Kəsirin dediyi kimi, Ibn Macəni müstəsna etməklə, bütün hədis alimləri belə yazmışlar: “Ömər, Əbu Bəkrə e`tiraz edərək dedi: “Nə üçün Peyğəmbərin sünnəsinə qarşı çıxıb, Allahın birliyinə və Peyğəmbərin risalətinə şəhadət verənlərlə döyüşürsən?”2 Əbu Bəkr cavab verib dedi: “...Allaha and olsun! Namazla zəkat arasında fərq qoyan (yə`ni namaz qılan, lakin zəkat verməyən) kəslə həmişə döyüşmək lazımdır. Əgər bir illik zəkatlarını mənə verməsələr, onlarla müharibə edəcəyəm!”1

Təlihəyə qoşulan Əsəd, Qətfan və Teyy qəbilələri Əbu Bəkrin yanına bir neçə nəfəri nümayəndə yollayıb, “Biz namaz qılırıq, lakin sənə zəkat vermək istəmirik!” – deyə xəbər göndərdikdə, xəlifə demişdi: “Əgər zəkat verməkdə dəvənin ayağının ipi qədər belə səhlənkarlıq etsələr, onlarla döyüşəcəyəm!”2 Onlar Mədinənin ətrafında yaşayan qəbilələrinin yanına qayıdıb dedilər ki, Mədinə hökuməti buna razılıq vermir. Buna görə də Mədinəyə hücum etmək üçün ən yaxşı vaxt indidir. Çünki müsəlmanların çoxu Üsamənin ordusundadır və onun ordusu da Şam sərhədlərinə doğru hərəkət etməyə hazırlaşırlar.3

Xəlifə vəziyyətin böhranlı olduğunu gördükdə, Əli ibn Əbi Talib (ə)-ın himayəsini cəlb etməklə Mədinənin mühüm çıxış yollarını Təlhə, Zübeyr və Abdullah ibn Məs`uda tapşırdı,4 əhalini məscidə çağırıb onlara dedi: “Ətraf nahiyələrdə yaşayanların hamısı kafir olmuşlar. Ola bilsin, gecə, yaxud gündüz bizə hücum etsinlər. Indi onlar sizin yaxınlığınızdadırlar, buna görə də özünüzü hazırlayın!”

Onlar üç gündən sonra gecə ikən Mədinəyə hücm edib, şəhərin keçid yollarında pusquda duranlarla üzləşdilər. Müsəlmanlar onların Mədinəyə girməsinə mane oldular və onları tə`qib etdilər, nəhayət bə`ziləri öldürüldü, bə`ziləri gizləndi, bə`ziləri qaçıb canını qurtardılar və Mədinə müsəlmanları qələbə çaldılar.5 Beləliklə, xəlifə iki aydan az bir müddətdə Mədinənin yaxınlığında yaşayan müxaliflərin bə`zilərini qətlə yetirdi, bə`zilərini isə özünə təslim etdi. Bu vəziyyət onun üçün müxalifləri məhkum etmək üçün ən yaxşı fürsət idi.




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin