HƏZRƏ-MOVTDA YAŞAYAN MÜXALIFLƏRLƏ DÖYÜŞ
Həzrə-Movtda Kində, Bəni-Zuhəl, Bəni-Təmim və s. adlı qəbilələr Peyğəmbəri-Əkrəm (s)-in Əhli-beytini və haşimiləri himayə edərək, Əbu Bəkrin xilafətini rəsmiyyətə tanımır, xəlifənin mə`murlarına zəkat verməkdən imtina edirdilər. Onlar (zəkatı yığmağa mə`mur olunan) Ziyad ibn Lübeydin yığdığı zəkatı geri istəyib dedilər: “Biz həyatda olduğu vaxtda Peyğəmbəri-Əkrəm (s)-ə itaət edirdik. Əgər hal-hazırda onun Əhli-beytindən kimsə dini-siyasi işləri öhdəsinə götürən varsa, yenə ona itaət edəcəyik. Əbu Bəkrin isə bizim üzərimizdə bir əhd-peymanı olmadığı üçün ona itaət etmək bizə vacib deyildir!”2
Onlardan başqa birisi belə dedi: “Sən bizi elə bir kəsə itaət etməyə də`vət edirsən ki, nə o bizimlə, nə də biz onunla bir əhd-peyman bağlamışıq!” Ziyad dedi: “Sən düz deyirsən, lakin biz onu seçmişik.” Bir nəfər dərhal dedi: “Peyğəmbərin Əhli-beytindən üz döndərdinizmi?! Axı bu (xilafət) onların haqqı idi?” Ziyad belə cavab verdi: “Mühacir və ənsar qrupları nə etdiklərini səndən yaxşı bilirlər!” O isə dedi: “Xeyr, siz Əhli-beytə qarşı yalnız həsəd etdiyinizdən, onlara itaətdən boyun qaçırdınız.”!
Bu zaman Ərəfcə ibn Abdullah Zühəli dedi: “Allaha and olsun ki, o düz danışır. Bu kişini (Ziyad ibn Lübeydi) qovun, çünki onun dostu (Əbu Bəkr) xilafətə layiq deyildir.”
Onlar hamılıqla deyirdilər: “Biz Allaha iman gətirmişin, Mühəmmədin Onun Peyğəmbəri olduğuna şəhadət verir və namaz qılır, əmlakımızı isə Əbu Bəkrə vermirik!”3
Dostları ilə paylaş: |