“Ənfal” surəsinin 41-ci ayəsində buyurulur:
“...Bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və yolda qalan müsafirlərindir.”
Bu ayəyə əsasən, müsəlmanların vəzifəsi yığdıqları qənimətin beşdə birini Allah yolunda, Peyğəmbərə, onun qohumlarına, kimsəsizlərə və pulu qurtarıb yolda qalanlara xərcləməkdir.2 Rəsuli-Əkrəm (s) vəfat etdikdən sonra xəlifələr xumsu yalnız axırıncı üç dəstəyə (yetim, yoxsul və yolda qalan müsafirlərə) aid edərək, haşimiləri xumsdan məhrum etdilər.3
Dostları ilə paylaş: |