Xəlifənin siyasətinin növləri.
Ömər ibn Xəttabın siyasi üslubunda bir neçə məsələ qabarıq surətdə nəzərə carpılır.
1.Ərəbi, Əcəmlərdən üstün tutmaq
2.Beytulmalın bölünməsində islamı qəbul edən öncül insanları nəzərə almaq.
3.Peyğəmbərdən (s) olan hədislərin yazılı və deyilməsinin qabağını alması.
4.Dövlət və ictimai mənsəbləri Bəni Haşim və onun tərəfdarlarına tapşırmamaq.
Ərəbi Əcəmdən üstün tutmaq.
Ömər ibn Xəttabın Ərəbi Əcəmdən üstün tutmaq siyasətindən neçə nümunə saymaq olar:
a)Qeyri Ərəbdən olan kişi ərəbdən qız almasın və Qüreyşdən olan ərəb qeyri Qüreyşdən qız almasın.1 Qeyri Ərəbin şəhadətini qəbul etməsinlər. Onlar pişnəmaz olmasınlar. Onların Ərəblərin işində nəzər vermə hüquqları yoxdur.2
b) Ərəb vilayətində dünyaya gələn uşaq müstəsna olmaqla anası Ərəb olmayan uşaq atadan irs apara bilməz.3
v) Maliyyət ünvanında alınan cizyə Ərəb xacpərəslərdən alınmasın və başqa müsəlmanlar kimi onlardan zəkat alınsın.4
ğ) Salman və Bilal kimi Rəsulullahın (s.ə.v.v) zamnından mədinədə sakit olnalar müstəsna olmaqla qeyri Ərəb ədinə şəhərində yaşamasın.5
Beytulmalın bölmə üslubu.
Rəsulullahla ( s.ə.v.v) Əbu Bəkrin zamanında beytulmal müsəlmanlar arasında bərabərliklə bölünürdü. Bu hər şəxsin gündəlik gəlirindən başqa aylıq hüququ idi. Ömərin zamanında Mühacirləri Ənsardan üstün tutmaq və başqa səbəblərə görə insanların hüququ müəyyən edilmiş ölçü ilə üstünlük qazanırdı:
1. İslamı tez qəbul edən (öncül)
2. Cihadda iştirak edənlər
3. Peyğəmbər ilə bir yerdə çox olan şəxslər.
Bunlardan əlavə Ərəb Əcəmdən və Peyğəmbərin (s) xanımları başqalarından və Aişə Rəsulullahın (s) başqa xanımlarından üstün idilər. Ömər Peyğəmbərin (s) qohumlarından hər birinə (Bəni Haşimdən başqa) 5000 misqal gümüş və Abbasa 7000 və onlar ki, Bədr müharibəsində iştirak ediblər 4000 misqal gümüş verirdi. Peyğəmbərin hər bir xanımına 10000 və Aişəyə 12000 və Məkkənin fəthindən qabaqki, mühacirlərə 3000 və fəthdən sonraki, müsəlmanlara 1000 misqalı gümüş verirdi6. Həqiqətən müsəlmanların bəzisinin üstünlüyünün olmasında şübhə yoxdu. Amma bu üstünlüklərin beytulmaldan daha çox bəhrələnmələrinə əsas verməsi müzakirə mövzusudur. Necə ola bilər ki, bir müsəlman başqa müsəlmana nisbət islamı gec qəbul etdiyinə görə ona beytulmaldan az hüquq verilsin. Cihad edənləri təşviqə görə və onların yaşayışlarını təmin etməyə görə qənimətdən hədiyyə etmək məqbul bir işdir. Amma Allahın rizasına görə görülən bir iş üçün çox müzd almağın məfhumu nədir? Nəyə görə Ərəb olan şəxsin hüququ Əcəm olan şəxsdən çox olmalıdır? Belə olan halda qeyri Ərəb vilayətlərində nə etmək lazımdır? Orada Əcəmə çox hüquq versinlər? Ya elə mərkəzi hökümət Ərəb olduğuna görə, Əcəm vilayətlərində də Ərəbi Əcəmə üstün tutsunlar? Xəlifənin bu suallara cavabı yox idi. Heç kimin xəlifədən bu barədə sual etməyə cürəti yox idi, o ki, qalmışdı etiraz etməyə. Xəlifə ömrünün axır ilində başa düşmüşdi ki, bu qanun Rəsulullahın (s) sünnəsinə və birinci xəlifənin üslubuna ziddir bu da bir növ ayrı seçkinlikdir. Buna görə vədə verdi gələn ildən beytulmal bərabərliklə hamının arasında bölünsün. Amma ölüm ona möhlət vermədi və o düz olmayan üslub elecədə qaldı.1 Əli (ə) öz xilafətinin ikinçi günündə beytulmalın bölmə üslubunu dəyişdirdi və elam etdi: Bu işlərin mükafatını vermək (Allah yolunda cihad islamı tez qəbul etmək...)mal ilə mümkün deyil. Allah mücahidlərin və islamı tez qəbul edənlərin mükafatını verəcək2. Bu beytul mal əgər mənim özümün olsaydı onu camaat arasında bərabərliklə bölərdi, halbuki bu (beytulmal) Allahındır. Təlhə və Zübeyr bu layihəyə etiraz edən birinçi şəxslərdən idi. Onlar İmamdan ikinçi xəlifənin üslubuna qayıtmaqı istədilər. İmam onların cavabında buyurdu... Quranda bu ayrı seckinliyə aid ayə tapmadım3.
Dostları ilə paylaş: |