PEYĞƏMBƏRİ-ƏKRƏM (S)-İN YENİ QOHUMLARI
Peyğəmbəri-Əkrəm (s)-in hədislərini nəql etmək və yazmağın qarşısının alınması və ikinci xəlifənin dövründə ölkə ərazisinin genişlənmə siyasətinin ardınca xəlifə öz mərkəzi hökumətini digər fərziyyə ilə yayılmasında çarəsiz gördü ki, biz burada onun şərhinə başlayırıq:
İslam ordularının qonşu ölkələrə üz tutduğu vaxtda fəth olunmuş məntəqələrin əhalisi İslamı və onun tarixini öyrənməyə meylləri günü-gündən artırdı. Bu zaman İslamdan Qur`an oxumaq və hökuməti heç bir çətinliklə üzləşdirməyən Peyğəmbəri-Əkrəm (s)-in sünnəsinin bir hissəsindən başqa bir şey qalmamışdı. Əsl İslam və Peyğəmbər (s)-in çoxlu buyuruqları ilə tanış olman yeni müsəlmanlar da dini öyrənməyə elə də tə`kid etmir və eşitdikləri ilə xoşhal olur və bununla kifayətlənirdilər. Bu arada onu və İslam Peyğəmbərinin həyat tərzini dərindən öyrənmək istəyənlər isə, o həzrətin qalanları və yaxın adamları idi. Onlar İslamın tez bir zamanda tərəqqi amili və Həzrətin səmimi dostları və xəlifənin düşmənləri idilər.
Onlar Qur`anda oxyurdular ki, Peyğəmbəri-Əkrəm (s) yaxın adamlarınna məhəbbət bəsləməyi öz risalət mükafatını kimi bildirmişdir. Belə ki, Qur`ani-Kərimdə buyurulur: “(Ey Peyğəmbər)! Camaata söylə ki, (risalətimin müqabilində) sizdən yaxınlarımı sevməkdən başqa bir mükafat istəmirəm!”2
Həmçinin eşitmişdilər ki, “mübahilə” hadisəsində qağış mərasimi üçün o həzrətin yaxınlarından bir neçə nəfərin iştirakı ilə məsihilər öz qərarlarından əl götürdülər. Camaat üçün bu neçə nəfər yaxın adamı tanımaq yüksək əhəmiyyət daşıyırdı. Onlar Peyğəmbər (s)-in ilk köməkçilərini (Əbu Talib və Həmzəni), ona iman gətirən birinci qadın və kişini (Əli (ə) və Xədicəni) tanımaq və imkan daxilində onlarla görüşmək istəyirdilər. Eləcə də bilmək istəyirdilər ki, görəsən həzrət Peyğəmbəri-Əkrəm (s) özündən bir övlad, yaxud bir nəvə qoymuşdur ya yox?
Hakim dairələrin bu suallara cavabları yox idi. Çünki onların hökumətinin davamı, bəlkə də qanunauyğunluğu sual altına düşür və süquta səbəb ola bilərdi. Burada hər sualın cavabında elə bir şəxsdən söz açılırdı ki, onun xilafət haqqının qəsb olunduğunu iddia edirdi və o, Peyğəmbəri-Əkrəm (s)-in kürəkəni və əmisi oğlu Əli ibn Əbi Talibdən başqa bir şəxs deyildi. Elə bu zamandan iki məsələ icra olunmağa başladı:
Dostları ilə paylaş: |