İraqın fəth olunması
Keçmiş İraq ərazisi indiki İraqla fərqlənirdi. O zaman böyük İran ərazisi indiki İraq ərazisinin bir hissəsinə də aid olurdu. Buna əsasən, o dövrdə İraq, İran imperatorluğunun qərb sərhədlərinə deyilirdi.
İraqa qoşunun göndərilməsi 13-cü hicri qəməri ilinin Məhərrəm ayında Xalid ibn Vəlidin sərkərdəliyi ilə baş verdi.3 Xalid əvvəlcə Hiyrə şəhərinə4 hücum çəkdi, şəhərin hakimi ona doxsan min dirhəm pul verib, onunla əlaqəsini möhkəmlədi və müsəlmanlar şəhəri ələ keçirtdilər. Ondan sonra Xalid Ənbar şəhərinə hücum çəkib, oranı fəth etdi.
Tarixdə göstərilir ki, Əbu Bəkrin İraqı ələ keçirməkdə məqsədi İrana ordu göndərmək idi. Çünki İraqda yaşayan Müsənna ibn Harisə Şeybani (Bəkr ibn Vail qəbiləsinin rəisi) xəlifə xəbər göndərdi ki, İranın bu nahiyəsi İrana hücum çəkmək üçün münasib şəraitə malikdir. Müsənna, Əbu Bəkrin əmrindən sonra dəfələrlə İranın qərb məntəqələrinə yürüş edərək, qarətlə məşğul olmuşdur. Mədinədən ona kömək etmək məqsədilə heç bir ordu göndərilmədiyi halda, o, təklikdə İrana hücum etməyə hazır idi.
Xalid ibn Vəlidin sərkərdəliyi və Müsənna ibn Harisənin müavinliyi ilə Əbu Bəkrin qoşunlarının İraqa hücumu təqribən, bir il çəkdi və nəhayət, Xalidin Mədinəyə qayıdıb, Şama doğru hərəkəti ilə İraq ordusunun sərkərdəliyi Müsənna ibn Harisəyə tapşırıldı və o, Hiyrədən Babülə tərəfə yollandı.
b) İkinci xəlifənin dövründəki fəth və uğurlar:
İkinci xəlifənin dövründə İslam ərazisi daha da genişləndi. Bütün Şam nahiyəsi, Fələstin, indiki Livan, Ermənistan, İranın böyük ərazisi, Beytül-Müqəddəs, İskəndəriyyə, Misir, Tərablus (Libiya), İordaniya və Azərbaycan Ömər ibn Xəttabın xilafəti dövründə fəth olunmuşdur.
Bir sözlə, bu məntəqələrin bə`zilərinin fəth olunması ilə bağlı bir neçə incəliklərə toxunacağıq.
Dostları ilə paylaş: |