Dəməşqin fəthindən sonra Əbu Übeydə ibn Cərrah Beytül-Müqəddəsə tərəf hərəkət etdi. O, dörd ay müddətində İlya şəhərini mühasirə etsə də, oranın əhalisi təslim olmadı. Axırda Əbu Übeydənin ordusu çətinliyə və soyuğa düşdülər. Digər tərəfdən də şəhər əhalisi də müsəlmanların xəlifəsinin özü onların şəhərinə qədəm qoyduğu təqdirdə, cizyə verməyi qəbul etməklə təsilm olacaqlarını e`lan etdilər.
Əbu Übeydənin qasidi bu xəbəri xəlifəyə çatdırdı. Xəlifə ətrafındakılardan nəzər istədi. Bu arada yalnız imam Əli (ə) belə çıxış etdi: “Xəlifənin Beytül-Müqəddəsə getməsi müsəlmanların məsləhətinə və onların qələbə çalmasına səbəbdir.” Bu səbəbdən xəlifə Beytül-Müqəddəsə getdi və imam Əli (ə)-ın uzaqgörənliyi həyatda gerçəkləşdi.4