Ömər ibn Xəttab Hicri-Qəmərinin iyirmi üçüncü ili Həccə getdi.Qayıddıqdan sonra ətraf şəhərlərdən bir dəstə əmir onunla görüş və məşvərət üçün Mədinəyə gəldilər.Müğəyrə ibn Şöbə( Kufənin əmiri) və onun xidmətcisi Piruz Əbu Lölö onların arasında idi.Buna baxmayaraq ki, xəlifə Əcəmlərin Mədinədə yaşamasına icazə vermirdi amma Muğəyrə xəifədən Firuzun Mədinədə qalmasının icazəsini istədi.Çünki o bir sənətkar insan kimi Mədinə camaatına xeyri dəyirdi.1Bir gün Firuz Mədinədə özünü xəlifəyə catdirib,ona öz ərbabından şikayət etdi ki, o hər gün məndən on dirhəm vergi alır və mənim bu qədər pulu verməyə imkanım yoxdur.Xəlifə soruşdu:Sənin peşən nədir?O cavabında dedi: Dülgərlik, dəmirçilik, rəngsazlıq.O dedi: Bu qədər peşə ele bu qədər məbləğ çox deyil.Eşitmişəm sən ele dəyirman düzəldirsən ki,günəşlə işləyir!O dedi: Əgər sağ qalsam sənin üçün elə dəyirman düzəldəcəyəm ki, Məğribə və Məşriqə səs salsın. O iki nəfər bir-birindən ayrıldıqdan sonra xəlifə dedi: Bu qul məni təhdid etdi. Bu hadisədən üç gün kecməmişdi ki,Firuz öz təhdidini əməli etdi.2
Sübh vaxtı xəlifə məsciddə namaz qılmaq istərkən Firuz ona hücüm cəkib qarnından xəncəl ilə necə zərbə vurdu.Göbəyinin altından dəyən zərbə xəlifənin ölümünə səbəb oldu.Deyirlər Firuz Ömərin arxasında dayanan Kəlib bin Bəkir Leysi və necə nəfəri öldürüb qacdı.Amma İraqdan olan bir nəfər onun üstünü palaz atıb tutdu.3Xəlifə bu hadisədən sonra üç gündən artıq yaşamadı.O Hicri –Qəməri ilinin 23 çü ili Zihiccə ayının axırı öldü.O öləndə 62 dən çox yaşı var idi.