Bir- biri ilə zidd olan məsələlər.
Altı nəfərlik şuranın planı bir – biri ilə zidd olan məsələlərlə dolu idi və burada onların ən muhümünə işarə edirik.
1.Ömərin xilafətlik dövründə müsəlmanların bir dəsdəsi Ömərin seçim üsuluna və həmçinin ondan qabaq ki, xəlifəyə eyib tutdular.Ömər öz ümumi çıxışında dedi: Bu nə sözdür ki, bəzilərindən eşidirəm ki, deyirlər:Əgər xəlifə ölsə biz filankəsdən beyət edəcəyik! Bilin hər kəs bir müsəlmanın məşvərəti olmadan bir kəslə beyət etsə həm özü və həm də beyət olunan şəxs öldürüləcəkdir1.Görəsən xəlifə şuranı təşkil edən gün öz sözünü yadından çixarmışdımı? Ya özünü o qanundan kənar sayırdımı? Necə olur ki, birinci xəlifə bir müsəlmanın məşvərəti olmadan xilafəti Ömərə tapşırır2 amma hec birinin ölüm hökmü sadir olmur? Şuranın təşkilinə vəsiyyət etmək müsəlmanların secim haqqını kobudcasına pozmaq deyilmi? O öz vəsiyyətində secim haqqını müsəlmanlara tapşırır ki, o altı nəfərin arasında hec vaxt bir nəfər secilməsin və özi bilirdi ki,şuranın məsələsi o yerə catmayacaq.Çünki müxtəlif tədbirlələ planı elə cəkmişdi ki, hec vaxt xəlifəni secmək məsələdi müsəlmanlara capşırılmasın.
2.Bizə aydındır ki, hec bir tarixci yazmamışdır ki, bir kəs o vəsiyyətdən sonra xəlifəyə eyib tutsun.Sübutlar onu gösdərir ki, xəlifənin heybəti və qəzəbli rəftarı,xüsusilə ömrünə üç gün qalmış o yerə catmışdır ki, hec kəs cürət etmirdi ki,ona etiraz etsin.Belə olmadıqda yeri var ondan soruşalar ki,nəyə görə o üç nəfərlik dəsdənin nəzəriniki,Əbdülrəhman onların arasındadır,başqa üç nəfətlik dəstəyə üstün verir? Nəyə görə işin ixtiyarını əvvəldən Əbdülrəhmana vermədi?Xəlifə o altı nəfərin hansını xilafətə layiqli görürdü.Əbu Bəkr kimi adam deyəndə ki,Allaha deyəcəyəm bu ümmətin ən yaxşı adamını onlar üçün xəlifə etdim, nəyə görə Ömər şuranın ən yaxşısını müəyyən etmədi?Nə əsasla onun haqqı var idi ki, Əbdülrəhman bin Ouf Peyğəmbərin kürəkininə və əmisi oğlundan üstün tutsun?Əgər Həzrət Əli(ə)-ın Əbu Bəkrə üstünlüyündə müsəlmanların ixtilafı var idisə,amma hec vaxt onun Əbdülrəhman bin Oufdan üstünlüyünə şübhə etmirdilər. Yüz illərlə tarixin yazılışı xəlifələrin əlində olduğuna baxmayaraq,bu zamana qədər hec bir tarix kitablarında bir dənədə olsun bir tədqiqatçının adını görməzsən ki,Əbdülrəhman bin Ouf ücün Həzrət Əli(ə)-dan ya hətta Zübeyr bin Əvvamdan artıq fəzilətlər yazsınlar.Halbuki şuranın planı elə qurulmuşdur ki,həqiqətdə Əbdülrəhman bin Oufun iki rəyi olsun.Çünki o hər hansı dəstəyə meyl göstərsəydi o tərəf üstünlük təşkil verirdi və o üc nəfərin rəyi ki,Əbdülrəhman bin Ouf onların arasında idi nəticə olaraq tanınırdı.O yaxşı bilirdi ki,o dəsdənin qalibi Osman idi.Elə buna görə Əbdülrəhmanı səhnənin aparıcı qüvvəsi kimi təyin etdi ki, cızılmış planın sirri gizli qalsın3və hec kəs xəlifəni iddiham etməsin ki, o elə əvvəldən Osmanın xəlifəliyinə rəy vermişdi.Öncədən də oxuduq ki, Əbu Bəkr ölüm ayaqında olanda da ancaq Əbdülrəhman və Osman Əbu Bəkr ilə məşvirət edirdilər.Ömərdə ölüm ayağında olanda bu iki nəfərlə danışıqlar aprırdı.Çox təəccüblüdür ki,xəlifə müsəlmanların rəhbərinin secimini elə adama tapşırır ki,özü onu məzəmmət edəndə deyirdi: Sən çox zəif iradəli adamsan, sən hətta ailəni idarə etməkdən acirsən1.
3.Xəlifə şuranın üzvlərini yanına cağıraraq əvvəl dedi:Sizləri ona görə secdim ki,Allahın Rəsulu vəfat edəndə sizlərdən razı idi.Sonra onların hər birini bəzi eyiblərinə görə məzəmmət etdi.Həqiqətdə o eyiblər ki,bu beş nəfər üçün sadaladı xüsusi ilədə o eyibləri ki,Osmana dedi islam ümmətinə ən böyük təhqir idi ki, belə bir şəxs ümmətə rəhbərlik edirdi.Xəlifə o altı nəfərin eyiblərini acıq surətdə deyirdi2.O Təlhəyə dedi:Sən o adamsan ki,hicab3 ayəsi nazil olanda sən dedin:Nə eybi var bu gün Peyğəmbərin(s) arvadları pərdə arxasındadırlar hər zaman Peyğəmbər(s) dünyadan getsə biz onun arvadları ilə evlənərik.Elə sənin bu sözlərivə görə Peyğəmbər(s) narahat oldu və bu ayə nazil oldu.و ما کان لکم ان توذوا رسول الله و لا ان تنکحوا ازواجه من بعده ابدا
"Sizin hec birinizin haqqı yoxdur Peyğəmbəri incidəsiz və peyğəmbər vəfat edəndən sonra hec vaxt onun arvadları ilə evlənə bilməzsiniz":Peyğəmbər vəfat edəndə elə o sözlərinə görə səndən incimişdir4.
Amma sən ey Zübeyr:And olsun Allaha sənin qəlbin bir gecə gündüz qədər mehriban deyil.Bir gün qəlbin qəzəbli,başqa gün momin və başqa gün kafir olursan.Bir kəsdən razi olsan ona inamın olacaq,əgər narazı olsan ona qarşı kafir olacaqsan.Bir gün insansan,bir gün şeytansan.
Amma sən ey Səd:Sən çox təkəbbürlü, təəssüblü və təxribatçısan.Sən ancaq müharibə və qırğına yarıyırsan.Əgər bir kəndin rəisi olsan onu idarə etməkdə acizsən.
Amma ey Əli! Sənin əgər zarafatcil təbiətin olmasaydı məmləkətin idarəciliyində qəzəbli olsaydında xilafətə layiqli idin.Allaha and olsun sənin imanını bütün yer üzünün iman əhli ilə müqayisə etsələr sənin imanın hamıdan çoxdur.
Sən ey Əbdülrəhman:Sən zəif iradəli və bacarıqsız bir adamsan.Sən öz ailəni idarə etməkdə acizsən5.Sonra Osmana üzünü tutdu və dedi:Əgər xilafətə catsan Əbi Muitin övladlarını xalqa müsəllət edəcəksən.Belə olan halda səni öldürəcəklər.O vaxt ümmətin arasında hec bir eybi olmayan insan tapmaq olmazdımı. Salman,Əbuzər,Miqdad və Abbas xəlifənin Osmana verdiyi nisbətdən yaxşı deyildilərmi?!Peyğəmbər(s) onlaqrdan razı deyildimi?Xəlifə Əbu Bəkrdən xilafəti aldıqda hər bir günah və xətadan pak idimi?Bir kəs ondan soruşmadımı ki, nə üçün digərlərini şuranım üzvliyinə qəbul etmədi.Ömər bin Xəttabı islam və ümmət üçün canı yanan şəxs kimi qəbul edən şəxslər bu sualla qarşılaşmalıdırlar ki, hansı səbəbdən Ömər Zübeyr kimi şeytanı və Təlhə kimi müharibə sevən düşməni müsəlmanların rəhbəri etmək fikrində idi?İslam ümmətinin gələcəyini elə bir insana tapşırmaq istəyirdi ki, bir kəndi idarə etməyə və su tuluğunun ağzını saxlamağa qədir deyil?!O sonda ən əsas işi öz ailəsini idarə etməyə qadir olmayan şəxsə tapşırır.Əli bin Əbi Talib və şuranın digər uzvlərinə vacibdirmi ki,su tuluğunun ağzını saxlaya bilməyən şəxsə tabe olsunlar?!Müxalifət etdikdə isə ölümə məhkum olunmalıdırlarmı?!
4.Buna baxmayaraq ki, xəlifə şuranın müşavərəsinin nəticəsindən məlumatlı idi və bilirdi ki,Osman öz qohumlarının iş başına gətirəcək,onlarda islam ümmətinin taleyini öz əllərinə alacaqlar hətta iş o yerə catacaq ki,ümumi üsyan nəticəsində xəlifəni öldürəcəklər.Niyə görə şuranın planını elə cızdı ki,Osman xəlifə secilsin?!O eybə görə ki, xəlifə Əli(ə) ona görə məzəmmət etdi(belə olan təqdirdə)başqalarının eybi ilə müqayisədə elə bir böyük eyib idimi ki,xəlifə öz rəyini Osmanın qələbəsinə cızsın?
5.Çox təəccüblüdir ki,xəlifə sözlərinin əvvəlində deyir:Sizləri ona görə secdim və bura ona görə dəvət etdim ki,Peyğəmbər sizlərin hamınızdan razı idi.Sonra onlardan elə eyiblər tutdu ki,o sözlərlə hec üst- üstə düşmür.
6.Xəlifə axırda Əbu Təlhə Ənsariyə deyir:Əgər bu altı nəfər üç gündən sonra bir nəfəri öz aralarından secməsələr hamsını öldür bir haldaki Peyğəmbər(s) bunların hamsından razı idi xəlifə onlardan birinin ölüm əmrini verir.Öz aralarından bir nəfəri secməmək elə bir günahdırmı ki,onun cəzası ölüm olsun?Qanının tökülməsi caiz olan şəxslər necə müsəlmanların xilafətinə namizəd etmək olar?!Bundan əlavə Əbu Təlhə Ənsarinin özü həmin on dörd nəfərlik Əshabu Əqəbənin arasında idi ki, istiyirdilər Peyğəmbəri(s) teror etsinlər1.
7.Həzrət Əli(ə) şuranın başqa üzvləri ilə bir araya gətirilməsi xəlifənin düşünülmüş siyasəti idi.Əvvəlcə xəlifə Həzrət Əli(ə)dan tərif və təmcin etdi,beləki hamı elə bilirdi ki,o xilafəti ona tapşıracaq.Amma onu cızdığı plan Həzrət Əli(ə)-ın parlaq kecmişini hecə endirdi və onu elə adamlara tay tutdu ki,kecmişləri yaxşı deyildi2.İmam Əli(ə) şiqşiqiyyə xütbəsində buyurur:O,(Ömər) ölən zaman bir dəstəni xilafə namizəd etdi.Məni də onların arasına qatdı!İlahi bu neçə şura idi məni birincisindən(Əbu Bəkr) nəyim əksik idi.Öncə məni onunla yan yana qoydular indide bu cəmiyyətin icinə atdılar3.
8.Abdullah bin Ömər bu məsələdə nəzarətci rolunu daşıyırdı.Beləki iki dəstənin bərabərliyi təqdirdə,birini dəstəkləməli və secilmiş şəxsin üstünlüyünə hökm etməli idi.Hansı səbəbə görə belə bir məsul iş onun öhdəsinə qayulmuşdur? Halbuki o hətta öz həyat yoldaşına təlaq verməyə qadir deyildi4.
9.Buna baxmayaraq ki, nəhayət müsəlmanların bir çoxu tezliklə başa düşürlər ki,xəlifə o plana əsasən Osmana üstünlük verirdi.Niyə görə Osmanı məzəmmət edərkəm o cümlələri ona dedi:Hec şübhə yoxdur ki, məsələ onun özü üçün aydın idi.Ona görə Osmanın məzəmmət edərkən ən təhqir edici sözləri ona dedi!Amma nəzərə carpan odur ki,Ömər onu ona görə bu qədər sındırdı ki, hec kim ehtimal verməsin ki,xəlifənin planı Osmanı secməkdir.Çünki müsəlmalar öz-özlüyündə fikirləşirdilər, xəlifə o planla belə bir şəxsi müsəlmanlara rəhbər etməz.Sonralar müsəlmanlar Osmanın hökümətindən narazı oldular.Öməri müqəssir bilmək əvəzinə Əbdülrəhmanı müqəssir bildilər.
Dostları ilə paylaş: |