Əbdür-Rəhman ibn Ovfun əmlakı
Tarixçilərin yazdıqlarına görə, onun sərvəti içərisində böyük bir qızıl parçası, dünyadan gedərkən isə yüz at, min dəvə, on min qoyun və 2,560,000 dirhəm – gümüş pulu var idi.
Onun dörd arvadından hər birinə çatan irsin miqdarı 80 min qızıl pul idi (yə`ni Əbdür-Rəhman ibn Ovfun əmlakının otuz ikidə biri qədər). Beləliklə, onun pulunun miqdarı 3,200,000 məbləğində qızıl pul olmuşdur.7
Beytül-maldan olan qızıl-gümüş və ləl-cəvahiratı öz qohum-əqrəbası arasında bölüşdürən xəlifə Osman camaatın e`tirazı ilə üzləşdikdə, onlara belə dedi: “Bunlar Allahın malıdır; mən onları istədiyim şəxsə verər, istədiyim şəxsə isə vermərəm.”8
Osmanın qohum-əqrəba və tərəfdarlarının əmlakı günü-gündən çoxalsa da, digər tərəfdən isə imam Əlinin (ə) beytül-maldan olan payı o həzrətin özü buyurduğu kimi, dəvəni sağdıqdan sonra balasına veriləcək süd qədər idi.9
Dostları ilə paylaş: |