Qədir hadisəsindən Usamənin ordusunun ezamına qədər olan hadisəıər, həmçinin çox da az olmayan səhabələrin bu işlə müxalifəti göstərirdi ki, bir dəstə adam Peyğəmbərin (s) xəstəliyini nəzərə alaraq, o həzrətin ölümünü və daha sonra hökuməti ələ keçirmək fürsətini gözləyir və hədəflərinə nail olmaq üçün heç bir şeyi əsirgəmirdilər. Buna görə Peyğəmbər öz ətrafında olanları yaxşı tanıdığı üçün tezliklə baş verə biləcək hadisələri nəzərdə alıb həyatının son fürsətində risalət dövrünün ən mühüm xəbərini, gələcək nəsillərə aydın bir şəkildə çatdırmaq istəyirdi.
O həzrət ömrünün son günlərini çox zaman Ayişənin evində xəstəlik yatağında olurdu. O, yatağını qızı Fatimənin (s) evinə köçürməmişdi.
Əbu Hamid Mədaini bu barədə yazır:
Allah Rəsulu (s) əvvəlcə qızı və kürəkəni üçün narahatlıq yaratdı. Çünki belə vaxtlarda insan başqasının evindən, hətta kürəküninin evi olmuş olsa, daha çox öz evində rahat olur.
Cümə axşamı (Peyğəmbər (s)-in vəfatından dörd gün əvvəl) son günlərində insanınların asimanla əlaqələri kəsilən vaxtlarda Allahın Rəsulu (s) yataqda idi, vəsiyyət yazmaq üçün kağız-qələm istədi. Səhabələrdən bir neçəsi ətrafında, qadınlar və qızı Fatimə (s) isə pərdənin arxasında idi.
İkinci xəlifə həmin hadisəni İbn Abbas üçün belə rəvayət edir:
Biz Allahın Rəsulunun yanındaydıq. Bizimlə qadınlar arasında pərdə asılmışdı. O həzrət danışmaqa başlayıb dedi: “Yazı ləvazimatı gətirin. Sizə bir şey yazım ki, onun olmasıyla heç zaman düz yolu itirməyəsiz.” Peyğəmbərin qadınları dedilər: “Peyğəmbərin istəyinə əməl edin!” Mən dedim: “Sakit olun! Siz Peyğəmbərlə olan qadınlar, o xəstələndikdə göz yaşı axıdır, şəfa tapdıqda yaxasından tutursunuz!” Bu zaman Allahın Rəsulu buyurdu: “O qadınlar sizdən yaxşıdır.”1
Məhəmməd ibn İsmail Buxari yazır:
Orada olanlardan biri elə həzrətin hüzurunda dedi: “Ağrı ona üstün gəlmişdir və o, danışığını bilmir!” Başqalarına üzünü tutub dedi: !Quran sizin yanınızdadır və o (Quran) bizə bəsdir!” Bu zaman orada olanların arasına ixtilaf düşdü. Bir-birinə çığırmaqa başladılar. Bəzisi onun, digərləri Allahın Rəsulunun sözünü təsdiq edirdi. Beləliklə, məktubun yazılmasının qarşısı alındı.
İbn Abbas deyir:2
Nə qüssədi gün idi cümə axşamı! O gündə Peyğəmbərin xəstəliyi gücləndi.O, olduğu yerdə haqdan kənara çıxmamanız üçün bir şey yazmaqa kağız və qələm istədikdə orada olanlardan biri dedi: “Allah Rəsulu sayıqlayır!” Peyğəmbərə dedilər: “İstədiyini edəkmi?” Peyğəmbər buyurdu: “Bütün bu olanlardan sonramı?!” Beləliklə, Peyğəmbər bir daha onu yazmaq istəmədi.3
Həmçinin deyir: Peyğəmbərin hüzurunda dava-dalaş və səs-küy baş qaldırdı. Dsdilər: “Peyğəmbərə nə olub?! Sayıqlayırmı?!” Onlar öz sözlərini təkrar etdilər. Həzrət buyurdu: Mənimlə işiniz olmasın! Mənim öz halım (ağrı və dərdim) sizin məni çağırdığınızdan (nisbət verdiyinizdən) yaxşıdır.
Sonra üç şeyi vəsiyyət etdi:
1) Müşrükləri yarımadadan çıxarın.
2) Nümayəndə heyətlərinə mən bəxşiş etdiyim qədər bəzşiş edin.
Peyğəmbər üçüncü məsələni demədən susdu.1
Həmçinin yazır: Peyğəmbərə belə dedikdən sonra, birbiriylə söhbətə başladılar. Allah Rəsulu buyurdu: “Mənim yanımdan çıxın!”2
Ömər ibn Xəttabın bu sözü deyənin özü olmasını etiraf etməsinə baxmayaraq, rəvayətlərdə bu mövzu ya kitablardan çıxarılır, ya da təhrif olunmaqla yazılır. Təhqiramiz sözü deyənin adı çəkilmir 3 və ya onu yozmağa çalışırlar.
İbn Əbil-Hədid o hadisənin rəvayətlərini qəbul etdikdən sonra yazır:
Əlbəttə (belə bir rəftar Ömər ibn Xəttabdan el ədə gözlənilməz deyildi , çünki) həmişə Ömərin sözlərində tündlük, kobudluqla yanaşı əzabverici və axmaqsayağı əxlaq, təkəbbürlük və özünü böyük bilmə olmuşdur. Onun bu sözünü eşıdən hər bir kəs, doğurdan da Peyğəmbərin sayaqlamasını deməsini başa düşərdi. Lakin Allaha pənah aparırıq ki, o belə bir niyyətlə söz demiş olsun. Bəli, tünd və davakar əxlaqı onu belə bir hərəkət etməyə məcbur etmiş, o da nəfsi ilə bacarmayıb bir söz demişdir. Beləliklə onu müqəssir saymaq lazım deyil. Çünki Allah onu belə yaratmış və o öz ixtiyarında olmamışdır. Özünü dəyişdirə bilməməsi üçün yaxşıydı ki, belə deyəydi: Xəstəlik peyğmbərə üstün gəlmişdir, ya (deyəydi ki,) öz təbii halında danışmır (huşsuzdur). 4
İbn Əbil-Hədiddən bu iki cümlə ilə qabaqkı cümlənin fərqinin nədən ibarət olmasını soruşmaq lazımdır!
Həqiqət budur ki, Ömər ibn Xəttab öz e`tiqadını demişdir. O, bilirdi ki, belə bir etiqadla Peyğəmbəri sehrbaz və dəli adlandıran müşrüklərlə bir cərgədə olacaqdır! Uzaq bir ehtimaldır ki, belə yaramaz şeyləri Peyğəmbərdən uzaqlaşdıran ayələri eşitməmiş ya oxumamış olsun. O, “Nəcm” və “Haqqə” surələrindəki ayələri mütləq eşitmişdir ki, buyurur:
Dostları ilə paylaş: |