GİZLİ SİYASƏTLƏRİN BAŞ VERMƏSİ
Şiə və sünnülərin hədis mənbələri göstərir ki, ``İblağ`` ayəsi (“Maidə” surəsi, ayə:67) nazil olana qədər Allahın Rəsulu (s) öz vəsisini rəsmi surətdə təyin etməkdən ehtiyat edirdi. Nəhayət, Cəbrail onu mənfur fikirdə olanların təhlükəsiqarşısında ümidvar etdi. Bu zaman Peyğəmbər (s) öz ardıcıllarını son asimani xəbərdən agah etdi.
İki mövzu Allahın Rəsulunu (s) vilayət məsələsini təbliğ etməkdən nigaran edirdi. İlk növbədə o bilirdi ki, bu təbliğdə camaatın bir çoxuna qəbul edilməsi ağır olan “heç bir qeyd-şərt olmadan onun təyin etdiyi canişinə itaət etmələrinə” çağırmalı, bu yolda aşkar təbliğlə hər bir bəhanə və şəkkin qarşısı alınmalıydı. İkinci növbədə gizli fəaliyyətlər çox da az olmayan bir qrupun müxalifətçiliyindən xəbər verirdi. Bu dəstə qısa bir zamanda öz gizli fəaliyyəti sayəsində Peyğəmbərin (s) zəhmətlərini netirallaşdırıb və cəmiyyətləri azdıra bilmişdi.
Gözlənilən bu iki təhlükənin olmasına baxmayaraq, Allahın Rəsulu (s) İlahi hökmü çatdırmalıydı. Əks təqdirdə, ayənin aşkar mənasına əsasən, həzrətin risaləti nəticəsiz olacaqdı.
Allahın Rəsulu (s) məşhur “Qədir” xütbəsində belə buyurmuşdur:
Cəbraildən (Allahın salamı ona olsun) məni, Əlinin vilayətməqamını e`lan etməkdə üzürlü saymasını istədim. Çünkü təqvalı insanların az, münafiqlərinsə çox olmasını bilirəm.Yalançı və hiyləgər günahkarlar vardır ki, islamı oyun-oyuncağa çevirmişlər. “Mütəal Allah öz kitabında onların haqqında belə buyurmuşdur: “Dillərində bir şey deyirlər ki, qəlblərində ona inanmırlar; elə bilirlər ki, bu iş sadədir, lakin bu iş Allah yanında böyük günahdır ”.Onlar həmişə mənə əziyyət vermiş və işi o yerə çatdırmışlar ki, mənə töhmət vuraraq demişlər: “Peyğəmbər başqalarının sözünə itaət edir, onun özünün heç bir müstəqil iradəsi yoxdur”. Mən həmişə Əliylə bir yerdə olmuşam, o, daim mənim diqqət mərkəzimdə olduğuna görə, ona qarşı həsəd aparmış və buna dözə bilməmişlər. Bu zaman Allah ayə nazil etmiş boş danışanlara cavab verərək buyurmuşdur: “O, başdan-başa qulaqdır! (Hər bir kəsin sözünü qəbul edir.) De: O, sizin üçün yaxşı bir qulaqdır.” (“Tövbə” surəsi, ayə:61)
İndi əgər münafiqləri bir-bir adları və əlamətləri ilə yaxud barmaqla işarə etməklə yada camaatı onlara tərəf yönəltməklə tanıtdırmaq istəsəm, bu işi görə bilərəm, lakin and olsun Allaha ki, mən onlara qarşı izzətlə rəftaredirəm.
Ey cammaat! Bilin ki, Allah Əlini sizin üçün rəhbər və imam təyin etmişdir. Ona itaət etməyi mühacirə (Məkkədən Mədinəyə hicrət edənlərə), ənsara (Məkkədən hicrət edənlərə pənah vermiş Mədinə əhli), onlardan itaət edib yaxşı yol ardıcıllarına, şəhər və kənd əhalisinə, burda olan və olmayana, ərəb və əcəmə, azad insanlara və qula, kiçik və böyükə, qara və ağdəriliyə vacib etmişdir. Allaha müti olub itaət edən hər bir kəsə verdiyi hökm rəva, dediyi söz eşidilməli və verdiyi əmrə itaət vacibdir. Onunla (Əli (ə) ilə) müxalif olan lənətlənmişdir, ona itaət edənsə Allahın rəhmətinə nail olacaqdır. Onu təsdiq edən mömindir. Allah onu və ona qulaq asıb itaət edən hər bir kəsi bağışlayacaqdır.
Məndən sonra rəhbər və imamınız Əlidir (ə). O, Pərvərdigarınızın əmriylə təyin olunmuşdur. Ondan sonra da imamət qiyamət gününə qədər mənim ailəmdə, Əlinin (ə) övladlarında olacaqdır...
Ey müsəlmanlar! Əliyə qarşı olub haqdan çıxmayın, ondan uzaqlaşmayın, onun rəhbərliyindən boyun qaçırmayın. Hamınızı haqqa tərəf hidayət və haqq əsasında əməl edən odur. Batili məhv edib ondan saxlayan və Allah yolunda heç nədən qorxmayan odur.
Cammat! Əli Allaha və onun Peyğəmbərinə (s) iman gətirən ilk şəxsdir. O, canını Peyğəmbərin (s) yolunda fəda etmiş, həmişə Allah və Peyğəmbərlə (s) olmuşdur. Ondan savayı heç kim Peyğəmbərə (s) tam təslim olmamışdır. Ey camaat! Bu Əli mənim qardaşım, canişinimdir, elmimi öyrənmişdir və ümmətimin imamıdır. O, Qur`anın təfsirinə agah, insanları Allahın kitabına tərəf aparan və Qur`anın hökmlərinə əməl edəndir. Əli Allahın razılığı əsasında əməl edir, Onun düşmənləriylə döyüşür, bəndələriylə dostluq edir, Allaha qarşı asi olmaqdan çəkindirir. Allahın Rəsulunun (s) xəlifəsi, mö`minlərin əmiri, Allah buyruqlarına hidayət edən rəhbər və nakisin, qasitin və mariqini qətlə yetirəndir. (Adı çəkilən dəstələr həzrət Əlinin xilafəti zamanı müsəlmanlara qarşı üsyan etmiş dəstələrdir. Qeyd etmək lazımdır ki, bu xəbərlər Allahın Rəsulunun (s) özündən sonra baş verəcək hadisələr barədə verdiyi qeybi xəbərlərdəndən sayılır. Müt.)
Əziz və uca Allah sizin dininizi, Əlinin vilayətini1 e`lan etməklə kamil2 etmişdir.
Bundan sonra Əlinin (ə) və ondan sonra da qiyamətə qədər canişini olan imamların övladlarıdır onlar həzrət Əlinin (ə) imamətindən boyun qaçıran hər kəs, əməlləri Allah dərgahına təqdim olunduqdan sonra bütün əməlləri məhv olmuş, puça çıxmış kimi olacaqdır. Belə şəxslər əbədi atəşdə qərarlaşacaq, heç vaxt odundan azalmayacaq və heç bir möhlət ona verilməyəcəkdir.
Ey camaat! Bu gün mənim sözümü danıb onunla razılaşmayan lənətlənmişdir. (Bəli) Lənətlənmiş və Allahın qəzəbini qazanmışdır. Agah olun! Bu dəqiqə Cəbrail uca Allahdan mənə, “Əliylə düşmən olub onun vilayətini qəbul etməyənə Allahın lənəti olsun!” xəbərini gətirmişdir.
Camaat! Allahın əmriylə müxalif olmaqdan çəkinin!...Bilin ki, bədbəxt adamdan savayı heç kəs Əliylə düşmən olmaz və iman əhlindən savayı heç kəs də Əlinin dostluğunu canıyla almaz. Müxlis möminlərdən savayı bir kəs Əliyə iman gətirməz.
Ey camaat! Məndən sonra yalançı rəhbərlər qüdrəti ələ keçirər və camaatı cəhənnəmə tərəf çağırarlar. Qiyamət günü onların bir köməkçisi olmaz... Uca Allah və mən onlardan bizarıq.
Ey camaat! Məndən sonra gələn qəsbkar rəhbərlər, onların dostları və yoldaşları cəhənnəmin ən aşağı dərəcəsində olacaqlar və ora təkəbbürlü insanlar üçün nə qədər pis yerdir!
Agah olun! Əhli-beytin vilayət məqamını qəsb edənlərə və onlara (qəsbkarlara) yardımçı olanlara Allahın lənəti olsun!
Ey müsəlmanlar! Mən Əlini sizin aranızda müsəlmanların imamı olaraq qoyuram. O və övladları qiyamətə qədər mənim vərəsələrimdir. Çatdırmağa məmur olunduğum Allahın əmrini sizə yetirdim. Burada bizimlə birgə olanlara və olmayanlara, indi dünyaya gələnlər və gələcəkdə dünyaya gələcək hər bir kəsə aydın hüccətdir. Beləliklə, Allahın əmrini hazır olmayanlara çatdırmaq “Qədir” səhnəsində olan hər bir kəsə vacibdir. (Eləcə də) Qiyamətə qədər atalara vacibdir ki, onu övladlarına çatdırsınlar. (sonra dua edib dedi:)
Pərvərdigara! Əlinin dostlarını dost, düşmənlərini düşmən tut! Əlinin (ə) vilayətini inkar və onun haqqını qəsb edənlərə lənət və qəzəb et!
Pərvərdigara! Sən mənə “İmamətin məndən sonra Əliyə (ə) aid olduğu əmrini nazil etdin. Mən də onu camaata çatdırdım. Mən uca Allah tərəfindən siz camaatı Əliylə beyət etməyə çağırdım. Əhdini pozan hər kəs öz zərərinə əməl etmişdir. Mən Allah tərəfindən sizdən Əli üçün beyət almağa mə`muram.
Siz də uca Allahdan Əlinin vilayəti haqqında nazil olan şeyə e`tiraf edin və onu “Əmirul-möminin” (Mö`minlərin əmiri) bilin. Əlidən sonra gələn mənim ailəmdən və Əlinin (ə) övladlarından olan imamların imamətini qəbul edin!3”
Görəsən Allahın Rəsulu (s) öz ətrafında olanların gizli, eyni zamanda sirlə dolu olan hərəkətlərindən təkcə vəhy yoluyla xəbərdar olurdu, yoxsa müəyyən əlamətlər bir dəstənin onun kimi fikirləşməməsindən onu agah edirdi? Əli ibn Əbi Talibin canişin olma məsələsi barəsində olan sözlərini 1 yaddan çıxartmadıqları halda yoxsa ondan narazıydılar?! O, bundan əvvəl öz ətrafında olanlardan nə görmüşdü ki, indi Əli (ə) haqqında bu qədər təkid və ehtiyatla danışırdı?!
O vaxta qədər o həzrətin müşahidə etdiyi müxalifətçilik üç növ idi:
1) Aşkarda yaxud örtülü şəkildə baş verən müxalifətlər.
2) Gizlində olmuş, lakin sonradan məlum olan müxalifətlər.
3) İnsanların daxilində olub aşkar olmayan, lakin rəftarların bildirdiyi müxalifətlər.
Vəhy mələyinin onu xəbərdar edərək
Dostları ilə paylaş: |