Günah lüğət elmində


ƏBU QÜHAFƏNIN OĞLUNUN ŞƏXSIYYƏTI



Yüklə 2,71 Mb.
səhifə79/163
tarix02.01.2022
ölçüsü2,71 Mb.
#9493
1   ...   75   76   77   78   79   80   81   82   ...   163

ƏBU QÜHAFƏNIN OĞLUNUN ŞƏXSIYYƏTI


Adı Abdullah ibn Osman,1 künyəsi isə Əbu Bəkrdir.2 Atası Əbu Qühafə adı ilə tanınmış, anası Ümmül-Xeyr3 olmuşdur. Həm atası, həm də anası Bəni-Teym tayfasından idi. Hər ikisinin Mürrədə adlı beşinci babası Peyğəmbəri-Əkrəmlə birgə olmuş4və cahiliyyət dövründə onu “Əbdül-Kə`bə” – deyə çağırırmışlar.5 Əbu Bəkr “Amul-fil” ilindən iki il bir neçə ay sonra (təqribən, miladi tarixi ilə 573-cü ildə) Məkkədə anadan olmuş və 38 yaşında ikən Islam dinini qəbul etmiş, uzun müddət ticarətlə məşğul olmuş və bu işdə böyük təcrübələr qazanmışdı.

Siyrə və tarix yazanlar Əbu Bəkrin uca boylu, arıq, buğdayı rəngli və azsaqqallı olduğunu qeyd etmişlər. Onun rəftarı göstərir ki, Ömər ibn Xəttabın əksinə olaraq tündxasiyyətli və tələskən, öz məqsədlərinə çatmaqda isə çox səbirli, mülayim və məharətli adam olmuşdur.

O, Islamdan qabaq kölə olmadığı üçün Islam dinini qəbul etdikdən sonra müşriklərin işkəncəsinə mə`ruz qalmamışdır. Rəsuli-Əkrəm (s)-in be`sətindən öncə bə`zi alimlərdən eşitmişdi ki, həmin məntəqədə tezliklə bir Peyğəmbər zühur edib, ərəblərin adı və şövkətini ucaldacaq, şirkin kökünü kəsəcək və dünyasəviyyəli bir hökumət quracaq1 və həmçinin nəsəbşünaslıqda başqalarından seçiləcəkdir.2


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin