Günah lüğət elmində


ƏBU BƏKRIN AILƏSI VƏ ÖVLADLARI



Yüklə 2,71 Mb.
səhifə80/163
tarix02.01.2022
ölçüsü2,71 Mb.
#9493
1   ...   76   77   78   79   80   81   82   83   ...   163

ƏBU BƏKRIN AILƏSI VƏ ÖVLADLARI


a) Zövcələri: Əbu Bəkrin bir neçə zövcəsi və hər birindən də bir neçə övladı var idi. Amma onun dörd zövcəsinin adı belədir: Qətələ (Qətilə), Ümmü Rumman, Əsma binti Ümeys və Ümmü Həbibə.

Qətilə, Əbdül-Üzza ibn Əbd ibn Əs`əd ibn Muzərin qızıdır. Əbu Bəkr Islamı qəbul etməzdən qabaq onunla evlənmiş, ondan Abdullah və Əsma (Zatun-Nitaqeyn) adlı iki övladı dünyaya gəlmişdi. Eləcə də cahiliyyət dövründə əvvəllər Abdullah ibn Haris ibn Səncərənin zövcəsi olan Ümmü Rummanla evlənmişdi. Əbu Bəkrin ondan Tüfeyl adlı bir oğlu vardı. Abdullah ibn Haris Islamdan öncə Əbu Bəkrlə dostluq əhdi bağlamışdı. O, vəfat etdikdən sonra Əbu Bəkr, Ümmü Rummanla evləndi və ondan Əbdürrəhman və Ayişə dünyaya gəldi.3

Əbu Bəkr Islamı qəbul etdikdən sonra Əsma binti Ümeyslə evləndi. Əsma “Xəs`əm” qəbiləsindən, (Peyğəmbərin həyat yoldaşı) Meymunənin analığının bacısı idi və əvvəlcə Cə`fər ibn Əbi Talibin (ə) zövcəsi olmuşdur. Cə`fər şəhadətə çatdıqdan sonra imam Əli (ə) qardaşı övladlarını (Abbdullah, Ovn və Məhəmmədi) öz öhdəsinə götürüb, Əsma ilə evlənmək istədi. Lakin bu zaman həzrət Fatimeyi-Zəhra (ə.s) sağ olduğu üçün ona hörmət əlaməti olaraq bu işə tələsmədi.4 Əbu Bəkr isə bu ərəfədə Əsmanın elçiliyinə getdi. Əsma müəyyən səbəblər üzündən onun istəyinə müsbət cavab verdi. Onların evlənmə tarixini (Hüneyn müharibəsi zamanı) 8-ci hicri ilində qeyd etmişlər.5 Bu evlənmənin səbəbi – onların arasındakı fikri və əxlaqi fərqlərə diqqət yetirməklə yanaşı – tarixdə açıqlanmamışdır. Əsma hicrətin 10-cu ilində Əbu Bəkrdən Məhəmməd adlı övlad sahibi oldu. O, zahirdə Əbu Bəkrin zövcəsi olsa da, vaxtının çox hissəsini Əli ibn Əbi Talibin (ə) evində və Fatimeyi-Zəhraya (ə.s) xidmətdə keçirirdi.6

Əbu Bəkrlə Əsmanın birgə həyatı beş ildən çox çəkmədi. Əbu Bəkr hicrətin 13-cü ilində vəfat etdi. Bu zaman oğlu Məmmədin üç yaşı var idi və Əlinin (ə) evində böyüyüb boya-başa çatmışdı. Əsma bundan sonra Əli ibn Əbi Taliblə (ə) evləndi və onlardan (Yəhya və Ovn adlı) iki övlad dünyaya gəldi.7

Əbu Bəkrin vəsiyyətinə görə, Əsma ona qüsl etdi. “Ət-təbəqatul-kubra” kitabının müəllifi yazır: “Xəlifə, Əsmaya and vermişdi ki, iftar etdikdən sonra ona qüsl etsin. Əbu Bəkr vəfat edən kimi, Əsma ona qüsl edib, elə həmin gecə də dəfn etdilər.1

Əbu Bəkrin digər zövcəsi Xaricət ibn Zeyd Əbu Züheyr Ənsarinin qızı Ümmü Həbibədir. O, Əbu Bəkrin ölümündən sonra Ümmü Külsüm adlı bir qız uşağı dünyaya gətirdi2 və o qız böyüdükdən sonra Təlhə ibn Übeydullah ilə evləndi.3




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin