b) Əbu Bəkrin övladları: Abdullah, Əsma, Əbdür-Rəhman, Ayişə, Məhəmməd və Ümmü Külsüm.
Abdullah tez bir zamanda müsəlman oldu, Məkkənin fəthində, “Hüneyn” və “Taif” müharibələrində iştirak etdi. “Taif” müharibəsində ona bir ox dəydi, nəticədə yarası çirklədi və nəhayət, 13-cü hicri ilinin Şəvval ayında dünyadan getdi.4
Əsma (Zübeyrin həyat yoldaşı) 73-cü hicri qəməri ilində oğlu Abdullah öldürüldükdən sonra yüz yaşında ikən vəfat etdi.5
Əbdür-Rəhman (Ayişənin qardaşı) Əbu Bəkrin böyük oğludur, uzun illər müşrik olmuşdur. O, “Bədr” və “Ühüd” müharibələrində müşriklərin qoşunundan,6 “Cəməl” müharibəsində də Ayişənin tərəfindən idi.
Dostları ilə paylaş: |