YƏMƏN MÜXALIFLƏRI
Yəməndə camaatın Əbu Bəkrin əleyhinə qiyam etməsini səbəbi onun mə`murlarının zəkat yığdıqda göstərdikləri yaramaz rəftar idi. Belə ki, bir dəfə mə`murlardan biri bir cavandan bir dəvə balasını alıb deyirdi: “Hökmən bunu zəkat verməlisən.” Cavan “Mən bu dəvə balasını çox istəyirəm, ona görə də əgər mümkünsə, onun yerinə başqa bir dəvəni götür!” – desə də, o, qəbul etmədi, hətta qəbilə başçısı buna vasitəçilik etsə də, heç bir tə`siri olmadı. Qəbilənin başçısı mə`murun bu hərəkəti və bəhanəsini gördükdə, dərhal həmin dəvəni zəkat hesabı içərisində olan dəvələrdən ayırıb, sahibinə verdi. Bu xəbər Əbu Bəkrə çatdıqda, oraya bir qoşun göndərdi. Bu düşüncəsiz hərəkət adi danışığı böyük bir döyüşə çevirdi. Bu zaman Həzrə-Movt qəbiləsinin qiyam xəbəri Yəmən əhalisini daha çox müqavimət göstərməyə vadar etdi.
Xəlifənin ordusu onların şəhərini (Dəbanı) mühasirəyə alıb, güzəranı çətinləşdirdikdə, camat çarəsizlikdən Əbu Bəkrin şəhərdən qovub çıxartdıqları valiyə dedilər: “Biz sülh etmək və boynumuzda qalan zəkatı vermək istəyirik.” O vəziyyəti belə görüb dedi: “Biz bunu qəbul edə bilmərik, lakin bizim haqq olduğumuzu, özünüzün isə əyri və batil yolda, bizdən ölənlərin behiştdə, sizdən ölənlərin isə cəhənnəmdə olduğunu iqrar və bizim hökm etdiyimiz hər bir məsələni qəbul etdiyiniz təqdirdə, qəbul edərik.” Onlar çarəsizlikdən buna razılıq verdilər. Bu zaman onların silahı yerə qoyub, şəhərdən çıxmaları əmr olundu. Belə də oldu. Əbu Bəkrin ordusu şəhərə girdi. Lakin gözlənilmədən onlar şəhərin böyüklərinin bir-bir boynunu vurub, qadın və uşaqlarını əsir tutdular və mal-dövlətlərini qarət edərək Mədinəyə, Əbu Bəkrin yanına qayıtdılar.1
Əbu Bəkrin ordusu Yəmən əhalisini məhkum etdikdən sonra Kində qəbiləsinə hücum edərək, onların ə`yan-əşrafları və böyüklərinin başlarını kəsdilər, qalanlarını isə əsir tutub Mədinəyə gətirdilər.2
Dostları ilə paylaş: |