Günah lüğət elmində


ƏBU BƏKRIN ÇIXIŞNDA OLAN MƏQAMLAR



Yüklə 2,71 Mb.
səhifə11/66
tarix21.10.2017
ölçüsü2,71 Mb.
#8153
1   ...   7   8   9   10   11   12   13   14   ...   66

ƏBU BƏKRIN ÇIXIŞNDA OLAN MƏQAMLAR


1) O, ən yumşaq yolla ənsarın cuşa gəlmiş hisslərini ram edərək özü ilə həmrəy etdi və ənsarda elə təsəvvür yaratdı ki, sanki çıxış edən mühacirlərin deyil, onların nümayəndəsidir.

2) Məharətlə bəhsə daxil olması onu bitərəf hakim kimi göstərirdi. Sanki çıxışından yeganə hədəfi aranı sakitləşdirməkdən savayı başqa heç bir şey deyildi. O, özünün ənsarla müqayisədə daha böyük olmasını və sanki iki dəstə arasında ədalətlə hökm edəcəyini göstərdi.1

3) Çəkdikləri zəhmətləri ən yaxşı sözlərlə tərifləyərək, onlara başa saldı ki, malik olduqları fəzilətləri onlara heç bir siyasi və ictimai üstünlük vermir.

Ənsar özünü Peyğəmbərin ilk yardımçısı bilsə də, Əbu Bəkr onların köməyini inkar etmədən onları başa saldı ki, Peyğəmbərin ilk yardımçısı ənsar deyil, mühacirlər olmuşdur. Belə ki, onlar Mədinə əhlindən neçə il qabaq Peyğəmbərə (s) iman gətirərək şirk məmləkətində onun yardımçısı olmuş və müxtəlif işkəncələrə dözmüşdülər.2

Bunu əsas tutaraq onlara demişdiفليس بعد المهاجرين الاولين عندنا بمنزلتكم : “İlk mühacirlərdən savayı heç kəs sizin rütbənizə çata bilməz.” Bu sözlə onları yerdə qalan mühacirlərlə bərabər tutdu və bununla subt etdi ki, ilk mühacirlər olduğu yerdə qalan heç bir dəstənin xilafətə ləyaqəti yoxdur.

4)İlk mühacirlərin rütbəsi yuxarı olduğuna görə rəhbərlik onların, Peyğəmbər və onun ilk ardıcıllarına yardım göstərdiklərinə görəsə vəzirlik ənsarın olmalıdır.Vəzirlik və məşvərətdə digər mühacirlərlə eyni rütbədə olacaqlar.3

5)Əbu Bəkrin ənsarı tərifləməsi, onların islam və Peyğəmbərə etdiyi köməklərini dərk etməsinə etirafı, ənsarı, mühacirlər iş başına gəldikləri zaman heç bir haqlarının tapdalanmayacağına və vəzirliyin onlara veriləcəyinə arxayın etdi. Bu azmış kimi, heç bir iş onların razılığı olmadan həyata keçməyəcəkdi.

Baxmayaraq ki, tarix Əbu Bəkr tərəfindən verilmiş bu və`dənin xalis olmamasını göstərmiş, təkcə ənsarı aram etmək üçün təsirli olmasını bildirmişdir.

6) Əbu Bəkr öz tərifləri ilə ənsarın razılıq hislərini təhrik etmiş, ağıllarını özü ilə həmfikir edincəyə qədər ram edə bilmişdi. Əbu Bəkr onlara dede: Biz yaxşılıqlarda yetişdiyimiz hər bir mərhələ və məqamada bizlə şərik və bir rütbədəsiz. Siz bizim üçün ən hörmətli, Allahın qəzasına razı olan ən layiqli adamlar olub Onun əmrinə təslim olanlarsınız.

Özündə təşəkkür xarakteri daşayan bu cümlələr sərin su kimi onların qəlbində təsir qoydu və onları təslim olaraq razılaşmağa məcbur etdi. Rəqibin onların haqqında etiraf etdiyi bu qədər tərifdən sonra bu üstünlüyü əldən vermək istəmədilər.

7) Əbu Bəkr söz arası ənsarın xüsüsiyyətləri arasında onların güzəştə getmək ruhiyyəsinə işarə edərək dedi: “Siz özünüzün ehtiyacınız olduğu zaman onları ( muhacirləri) özünüzdən üstün bilmisiniz. İndi isə xilafətə yetişmək naminə özünüzü onlardan üstün etmək istəyirsiz?! Belə olduqda başqaları “ənsar paxıllıq, həsəd üzündən özlərini daha ləyaqətli insanlara rəhbər etdilər” deyəcəklər.”

8) Əbu Bəkr çıxışının sonunda onları qorxudaraq camaatın arasında ixtilaf və dava baş verərsə müqəssir olacaqlarını açıqladı. Çünkü hal-hazırda mühacirlərin fəzilətini inkar etməklə ixtilaf toxumunu səpirsiniz.

9) Ömər ibn Xəttab və Əbu Ubeydənin Əbu Bəkr tərəfindən təklif olunması onu, özünün xilafətə yetişmək istəməsə ittihamından saxladı. Digər bir tərəfdən hər ikisinin səlahiyyətli olmasını təzmin etməsi orada olanlara tez bir zamanda birinin digərindən üstün olmasını ayırd etmək fürsəti vermədi. Əbu Bəkrin bu zirəkliyini görən Ömər, vəziyyətin özü üçün o qədər də məsləhətə uyğun olmamasını görüb işi Əbu Bəkrin özünə qaytardı1.

Əbu Übeydə yaxşı başa düşürdü ki, Əbu Bəkr və Ömər ibn Xəttab olduğu yerdə, heç kəs onun tərəfini saxlamayacaqdır. Odur ki, özü rəqibsiz iş başına gələ bilməyəcəyini görüb Ömərdən tərafdarlıq etməyə üstünlük verdi. O, belə etməklə Əbu Bəkr və Ömərin hökumətlərində yaxşı bir vəzifə ələ keçirə bilərdi. Elə sonradan da iş elə düşündüyü kimi oldu.2

10) Sonda ənsar sükuta vadar edən məsələ Allahın Rəsulunun (s) ənsardan canişin qoymaması iddiası oldu.

الائمة من قريش Məndən sonra rəhbərlərin hamısı qureyşdəndir.3 Beləliklə ənsarın xilafətə gəlmək üçün atacağı hər hansı bir addım Allahın Rəsulunun əmri ilə müxalifət kimi qiymətlənəcəkdi.

Əbu Bəkrin sözləri camaatı bərk təsir altına aldığından, bir kəs etiraz etməyə cürət etmirdi. O, qısa cümlələrlə bütün sözləri demiş, ənsar üçün heç bir çıxış yolu qoymamışdı. Deməli, ənsarın mühacirlərin dövlətini qəbul etməkdən savayı heç bir çarəsi qalmamışdı. Əks təqdirdə həsəd və qüdrət eşqində olma kimi adlarla müttəhəm olunacaq və heç kəs də onlara himayə etməyəcəkdi.

Belə nəzərə gəlir ki, Əbu Bəkr ənsarın vəziyyətinin, hücumdan qabaq olan müdafiə kimi olmasını, qabaqcadan düşünmüşdü. Onlar uca məqamlı mühacirlərin olduğu yerdə hakimiyyətə gələ biləcəklərinə o qədər də ümüdvar deyildilər. Elə bu baxımdan da Səqifə yığıncağına çox inamla yanaşmır, lakin az da olsa, öz qüdrətlərini rəqibə göstərmək istəyir, qüdrət onların əlində olduqda müəyyən qədər hüquqlarını qorumaq istəyirdilər. Digər tərəfdən, bu yığıncaqla ümumun nəzərində ənsarın hökumətinin qəbul olunmasına qiymət verilirdi.

ƏNSARIN ƏKSÜL-ƏMƏLI


Əbu Bəkr düşündüyü kimi hədəfə yaxınlaşmışdı. Onun çıxışı Sə`d ibn Ubadə və bir neçə nəfərdən savayı hamını geri çəkilməyə məcbur etmişdi. Bu azmış kimi, Bəşir ibn Sə`d xəzrəcinin sülh meyilli çıxışı və Həbbab ibn Munzərin şüarları* gözlənilənin əksinə olaraq cəmiyyəti mühacirlərin hədəfinə daha da yaxın etdi. Bəşir üzünü orada olanlara tutub dedi:

Ey ənsar! And olsun Allaha! Əgər müşrüklərlə mübarizədə fəzilət sahibi olmuşuqsa və dində qabaqcıllarındanıqsa bu yolda Allahın razılığı, Peyğəmbərə itaət və özümüz üçün çalışmaqdan savayı məqsədimiz olmamışdır. Beləliklə bu əmələ görə camaatın qarşısında fəxr etmək və dünyəvi fayda güdmək yaxşı deyildir. Mühəmməd Qureyşdən idi və yaxınları xilafətə daha layiqlidirlər. Allaha and olsun, heç vaxt Allahın məni bu işə görə onlarla bəhs etməmi görməsini istəmirəm. Siz də Allahdan qorxub bu işdə onlarla müxalif olmayın.

Əvvəldən mühacirlərin Mədinədən çıxarılması fikrində olub ənsarı mübarizəyə çağıran Həbbab ibn Munzər sözünü belə tamamladı: “Mühacirlər bizim təklifimizlə razılaşmadıqda yeganə çıxış yolu bur nəfərin bizdən və bir nəfərində onlardan təyin olunaraq rəhbərliyi öhdəsinə götürməlidir və biz təkcə buna razı olacağıq.”1

Hakimiyyətdə şərik olmaq fikirləri həqiqətdə mühacir və ənsarın fəaliyyətinin hüdudlarını müəyyən etmək deməkdi ki, mühacirlər buna razılıq vermirdilər. Elə buna görə də Ömər qəzəbli bir halda ona belə cavab verdi:



هَيْهَات!لا يَجْتَمِعُ اِثْنَانِ فِي قَرْنٍ “Heç zaman iki hökumət eyni vaxtda ola bilməz!...” And olsun Allaha! Peyğəmbər sizdən olmadığı halda ərəb hökumətin sizin öhdənizə qoyulmasına razı olmaz. Lakin eyni halda Peyğəmbərin qəbiləsindən olan bir kəsə hökuməti tapşırmağa da heç bir maneə görməz! Biz onun dostları və qohumları olduğumuz halda kim bizimlə Mühəmmədin xilafəti barəsində mübahisə edə bilər?!”2

Bundan sonra Həbbabla Ömər arasında olan danışıq dava-dalaşa qalxdı. İşin bu yerə qalxmasına əsas səbəb heç bir əsası olmayan qəbilə təəssübü idi ki, az qala hər iki tərəfi qılınca əl atmaqa məcbur edəcəkdi.3



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin