Günah lüğət elmində



Yüklə 2,71 Mb.
səhifə27/66
tarix21.10.2017
ölçüsü2,71 Mb.
#8153
1   ...   23   24   25   26   27   28   29   30   ...   66

SOSIOLOJI AMIL


a) Ictimai hadisələrdə kütlənin siyasi mövqeyi elə dəyişilir ki, biri bütün məziyyətlərə malik olduğu halda məhv olur, digəri isə heç bir ləyaqəti olmadan onun yerini tutaraq ucalır. Bu zaman bə`zən insanın dostları da ətrafından dağılır və onu himayə etmirlər.

Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra müxtəlif amillər üzündən camaatın çoxu siyasi duruma tabe olaraq o həzrətin Əhli-beytindən üz döndərdilər. Bu vəziyyət Əli ibn Əbi Talib (ə)-ın xilafəti dövrünə qədər davam etdi.

b) Birinci xəlifənin hakimiyyət və rəhbərliyi təsbit edildikdən, qəbilə rəislərinin təsdiqindən sonra müsəlmanların hökumətlə müxalifətə qalxmaq üçün yeni nəzər vermələrinə yer qalmadı. Onlar öncə müsəlmanların başına nələr gəldiyindən xəbərdar deyildi, digər tərəfdən isə bilirdilər ki, Mədinə əhalisinin Peyğəmbəri-Əkrəm (s)-lə birgə yaşadıqları üçün şübhəsiz, vəhy vasitəsilə hər gün və hər saat nazil olan yeni hökmlərdən agah olurdular. Bundan əlavə, paytaxt və mərkəzdən uzaq olan bir qəbilə rəisi üçün kimin xilafətə gələcəyi heç də maraqlı deyildi. Onu maraqlandıran əsas məsələ öz tayfasının başçılığını öhdəsində saxlaması və kiminsə onunla müxalifət etməməsi idi.

SIYASI-HƏRBI AMIL


Birinci xəlifənin hakimiyyətinin təsbit edilməsinə zəmin yaradan millərdən biri də Mədinədə qəbilələrin onun hökumətinin əleyhinə üsyan və müxalifətləri idi. Bu müxalifətlər hər hansı məqsədi güdürdüsə də, bir baxımdan Mədinədə mərkəzi hökumətə pis nəticə bağışlamırdı. Belə ki, birinci xəlifənin onlarla mübarizəsi bilərəkdən və ya qəflət üzündən düşmənlərin sakitliyi və daxili iğtişaşla nəticələndi və o, vəhdət və birlik bəhanəsi ilə müştərək düşmənlə müharibə etmək üçün əqidəvi ixtilafları yaddan çıxartdı. Bu isə hətta risalət xanədanını hakim dairə ilə razılaşmağa vadar etdi.1

ALTINCI FƏSİL

İMAM ƏLİ İBN ƏBU TALİB (Ə)-IN SƏBRİNİN HİKMƏTİ

İMAM ƏLİ (Ə)-IN BEY`ƏTİ


Əbu Bəkrin hökumətinin təsbit edilməsi ilə müxaliflərdən zorla bey`ət alınmağa başlandı. Lakin Peyğəmbəri-Əkrəm (s)-in kürəkəni və əmisi oğlu Əli ibn Əbi Talib (ə) öz həyat yoldaşı Fatimeyi-Zəhra (ə.s)-ın həyatda olduğu vaxta qədər xəlifə ilə bey`ət etmədi. Həm şiə, həm də əhli-sünnə tədqiqatçılarının əqidəsinə əsasən, imam Əli (ə)-ın (Fatimeyi-Zəhra (ə.s)-ın şəhadətindən sonra) xəlifə ilə bey`əti onun öz razılığı ilə olmamışdır. Peyğəmbəri-Əkrəm (s)-in qızı Fatimeyi-Zəhra (ə.s)-in şəhadətindən sonra hökumət mə`murları imam Əli (ə)-dan, xəlifəyə bey`ət etməsini tələb etdikdə, o, bir qrup hami və tərəfdarlarının qarşısında çıxış edib, öz xüsusiyyətlərini və Peyğəmbər (s)-lə qohumluğunu bəyan etdi.. Həyat yoldaşının dəfnindən bir gün sonra xəlifə Əbu Bəkr ibn Əbi Qühafə ilə bey`ət etdi.1 Bundan qabaq isə o həzrətin özü və Bəni-Haşim şiələrinin heç biri Əbu Bəkrlə bey`ət etməmişdilər.2

Beləliklə, 35-ci hicri ilinə qədər (təqribən, 25 il) Əli ibn Əbi Talib (ə) siyasi-ictimai fəaliyyətlərdən rəsmi olaraq kənarlaşdı. Lakin aşağıda qeyd edilən bir sıra dəlillərə görə, o həzrət bu müddət ərzində hökumət əleyhinə qanlı qiyam və inqilab fikrindən uzaq idi hətta başqalarının qiyamına belə, mane olurdu.

İndi isə bir neçə sual yaranır:

1. Görəsən Əbu Bəkrin hökumətinin ilk günlərində Peyğəmbər (s)-in kürəkəni Əli ibn Əbi Talib (ə)-ın son dərəcə hörmətsizlik və sərtliklə məscidə aparılıb, bey`ətə məcbur edilməsi həqiqətdirmi?

2. Görəsən, Əli ibn Əbi Talib (ə) “səqifə”də yığıncağın təşkil olunduğu gün, ondan bir həftə sonra, eləcə də sonrakı günlərdə “Qədir-Xum” hadisəsini və Peyğəmbər (s)-in yanındakı məqam və mənzilətini camaatın yadına salmadımı?3

Bir çox şiə və sünnü tədqiqatçıları Əli ibn Əbi Talib (ə)-dan sərtlik və hörmətsizliklə bey`ət alınmasını qeyd etsələr də, bə`zi yazıçılarımız isə çox təəssüflə, belə yazmışlar:

“Bə`zi sadəlövh adamlar çalışmışlar ki, Əli (ə)-ın məzlumluğunu göstərmək üçün umumi məsələlərə əl atsınlar; yə`ni o həzrəti zorla çəkib aparmaq, əmmaməsini boğazına bağlayıb küçələrdə gəzdirmək!... İmam Əli (ə)-ın məzlumluğunu bu şəkildə göstərmək ağılasığmaz bir iş olmaqdan əlavə, həm də o həzrətin həqiqi şəxsiyyətini kiçiltmək deməkdir. Mə`murların o həzrəti bu şəkildə, yə`ni zorla məscidə aparıb, onunla sərt davranmaları qeyri-mümkündür.

Bu cür sənəd düzəldənlər bu qədər də düşünə bilməyiblər ki, Peyğəmbər (s)-dən sonra yeni qurulmuş hökumətin hər şeydən öncə səbata, müxaliflərin və xam kütlənsıin cəzbolunmasını ehtiyac duyulduğu həssas çağlarında, eləcə də o qədər çətinliklərlə yanaşı, sözsüz, siyasi, hərbi və təhlükəsizlik baxımından onların bu güclü qüdrətə söykənmələri və belə sərtliyə əl atmaları asan olmadığı və qeyri-mümkün bir iş olduğu kimi, bu, heç bir vəchlə məsləhət üzündən də deyildi.1 Bəlkə də demək olar ki, Əli (ə) Fatimeyi-Zəhra (ə.s)-ın evində öz tərəfdarları müqabilində məs`uliyyət hissi keçirir, başqalarının həyatını xilas etmək, dost və səhabələrinə dəyə biləcək zərərin qarşısını almaq məqsədilə mə`murlara qoşulub, xəlifənin yanına getmişdir.”2

Bu təhlilə əsasən, belə nəzərə çarpır ki, hökumət mə`murları sanki Əli (ə)-ı məscidə gözəl rəftarla aparmış, sonra isə şirini və meyvə ilə o həzrəti qarşılamışlar! Əgər Əli ibn Əbi Talib (ə)-ın xəlifəyə bey`ətini belə izah etsək, onda hökumət məmurlarının həzrət Fatimeyi-Zəhra (ə.s)-ın evinə hücum çəkməsini, onun bətnindəki körpənin şəhadətini kökündən inkar etməliyik. Halbuki, gələcək bəhslərdə əhli-sünnə mənbələrinə istinad edərək, İslam tarixində bunun inkar edilməz bir məsələ olduğunu qeyd edəcəyik.

Biz isə Əli ibn Əbi Talib (ə)-dan bey`ətin alınması hadisəsinin daha da kəskin olduğunu, əmmamənin boğazına bağlanılıb küçələrdə gəzdirilməsini demirik, lakin həm şiə, həm də sünnülərin mö`təbər mənbələrinə əsasən, o həzrətdən zorla və sərtliklə bey`ət alınmışdır.3 Tarixdə ən insafsız şəxs kimi göstərilən Müaviyə ibn Əbi Süfyanın imam Əli ibn Əbi Talib (ə)-a məktubunda isə belə yazılır: “Xilafət mə`murları səni cilovlanmış tüğyançı dəvə kimi, çəkə-çəkə bey`ətə apardılar.”4




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin