Günah lüğət elmində


MÜXALIFLƏRI VƏ YÜRÜŞ EDƏNLƏRI MƏHKUM ETMƏK



Yüklə 2,71 Mb.
səhifə34/66
tarix21.10.2017
ölçüsü2,71 Mb.
#8153
1   ...   30   31   32   33   34   35   36   37   ...   66

MÜXALIFLƏRI VƏ YÜRÜŞ EDƏNLƏRI MƏHKUM ETMƏK


Peyğəmbəri-Əkrəm (s) “həccətül-vida”dan (vida həccindən) qayıtdıqdan sonra bir neçə nəfər – Müseyləmə Yəmamədə və Əsvəd ibn Kə`b Ənsi Yəməndə Peyğəmbərlik iddiası etdilər. Lakin Yəmənin sərkərdəsinin tədbiri ilə Əsvəd ibn Kə`b, Peyğəmbəri-Əkrəm (s)-in vəfatından bir gün qabaq öldürüldü.1

Bəni-Hənifə tayfasından Müseyləmə 10-cu hicri ilində Mədinəyə gəlib, Islamı qəbul etdi. Lakin vətəninə qayıtdıqdan sonra, yenə Peyğəmbərlik iddiası edib, yavaş-yavaş özünə tərəfdar topladı.

Bəni-Təğlib tayfasından (Musil şəhərinin ətraf nahiyələrində) Haris ibn Süveydin qızı Səccah da Peyğəmbərlik iddiası etdi. O, əslində Bəni-Yərbu tayfasından (Bəni-Təmim tayfasının bir qoludur), ana tərəfindən isə “Bəni-Təğlib” tayfası ilə qohum idi. Bir müddət keçdikdən sonra işində uğur qazana bilmədiyi üçün müsəlman oldu və Müaviyənin dövrünə qədər ömür sürdü.2

Bəni-Əsəd tayfasından isə Tüleyhə3 adlı bir şəxs Nəcddə Peyğəmbərlik iddiası ilə qiyam etdi və Teyy qəbiləsi kimi (onların rəisi Ədiyy ibn Hatəmi müstəsna etməklə) bə`zi qəbilələr Bəni-Əsəd tayfası ilə əhd-peyman bağlayaraq ona qoşuldular.

Əbu Bəkr xilafətə çatdıqda, camaat Mədinənin ətraf nahiyələrindən müxalifət məqsədilə bə`zilərinin Peyğəmbərlik iddia etdiyini az-çox eşitmişdilər. Lakin bu dövrdən sonra baş verən müxalifətlər özünə başqa forma alsa da, onların mahiyyəti adi camaata çox da aydın deyil, hər qiyam və yürüşlərin təfərrüatından yalnız onların tərəfdarları və hakim dairə xəbərdar idi. Ondan sonra isə ətraf məntəqələrdən eşidilən müxalifət səsləri Müseyləmə, Səccah və Tüleyhənin yürüşlərinə təfsir edilir, bənzədilir və Mədinə müsəlmanlardan bir qrupu xəlifənin əmri ilə onları məhkum etmək üçün həmin yerlərə göndərilirdi. Üsamənin ordusu (Əbu Bəkrin xilafətindən təqribən iki ay sonra) Şamdan qayıdandan sonra onlarla ciddi şəkildə müharibə başlandı və bir ildən çox davam etdi.

Bir neçə məsələ müsəlman qüvvələrinin hökumət müxaliflərini məhkum etmələrini asanlaşdırırdı ki, onlar aşağıdakılardan ibarətdir:

1. Mədinə əhalisinin ətraf nahiyələrdə yaşayan qəbilələrin müxalifət və yürüşlərinin məqsədindən dəqiq agah olmadıqları üçün Peyğəmbərlik iddiasını edənlərin müxalifətləri onların bu müxalifət və yürüşlərini təhlil edirdi.

2. Müxalifət edənlərlə döyüş Peyğəmbəri-Əkrəm (s)-in ömrünün axırıncı ilində baş vermişdi və bu iş Əbu Bəkri o həzrətin yolunun davamçısı göstərirdi.

3. Mədinədə Peyğəmbəri-Əkrəm (s)-in vəfat etməsi ilə baş verən böhran camaatı ətraf qəbilələrin hücumundan qorxutduğundan, onlar tez bir zamanda düşmənlərin həmrə`yliyindən öncə hökumət və şəhərin mövqeyini qoruyub-saxlamaq üçün müxaliflərin əleyhinə qalxmağa tədbir gördülər.

4. Bə`zi qəbilə başçıları tezliklə Mədinəyə hücum etməklə bağlı xəbər göndərib məqsədlərini bildirməklə camaatı döyüşə rəğbətləndirirdi.

5. Mədinəyə hakim kəsilən böhranlı vəziyyətə diqqət yetirməklə yanaşı hökumət müxaliflərinə qarşı döyüşdə iştirak etməmək bir növ münafiqlik və xarici müxaliflərlə həmkarlıq hesab edilirdi.

MÜXALIFƏTIN SƏBƏBLƏRI


Əbu Bəkrin hökuməti bütün müxalif qüvvələrini “mürtəd” adlandırıb, bu ittihamla onlarla döyüşə çalışsa da, onların hamısını mürtəd adlandırmaq olmazdı. Bu ittiham canlı qüvvələri hökumət müxaliflərinə qarşı qaldırmaq üçün ən yaxşı vasitə idi. Bu hadisələri təfərrüatı ilə araşdırdıqda, mə`lum olur ki, müxaliflərin böyük bir qrupu həqiqətdə mürtəd olmadıqları kimi, onlara qarşı hörmətsizlik etmək və döyüş qalxmaq da düzgün deyildi, hərçənd, xəlifənin əmrinə əsasən, hər kim təslim olmasa, ya öldürülməli, ya yandırılmalı, eləcə də əhli-əyalı əsir olunmalıdır.1

Bu mövzu ilə əlaqədar çoxlu kitab yazıldığı üçün, biz burada onu qısa izah etməklə kifayətlənirik:

Irtidad böhranı və xalq qiyamına zəmin yaradan amillərin ən mühümü Peyğəmbəri-Əkrəm (s)-in vəfat xəbərinin yayılması ilə Əbu Bəkrin hökumətə çatmasının eyni zamanda baş verməsi idi. Çünki Ərəbistan yarımadasının ətraf qəbilələrinin Peyğəmbəri-Əkrəm (s)-in nümayəndələri sayılan qəbilə başçıları ilə birlikdə o həzrətdən sonra Əli ibn Əbi Talib (ə)-ın canişin olmasından müəyyən qədər mə`lumatları olduğu üçün Əbu Bəkrin xilafət kürsüsündə əyləşməsindən təəccübdə idilər. Canişinlik məsələsi ilə bağlı səhabələr arasındakı ixtilafın tezliklə hər tərəfə yayılması imanı zəif olan qəbilələri şəkk və tərəddüdə düçar etdi. Onlar belə düşünürdülər ki, Peyğmbər (s)-in səmimi və seçilmiş səhabələri hökumət barəsində eyni fikrdə olmadığı və o həzrətin mirasına sahib olmaqda bir-birləri ilə ixtilaf etdiyi halda, başqalarından nə gözləmək olardı?!

Həmişə onlara xəbər çatırdı ki, Peyğəmbər (s)-in ardıcılları hökumət üzərində bir-birlərinin əleyhinə çıxmışlar. Digər tərəfdən isə o həzrətin Əhli-beyti və Sə`d Xəzrəcinin dəstəsi yeni xəlifə ilə bey`ət etməmişlər. Bu xəbərlər onların əqidələrini müəyyən qədər süstləşdirmişdi.

Müxaliflər müxtəlif məqsəd və fikirdə olduqları üçün Əbu Bəkr onların əleyhinə qərar çıxarmaqda çətinliklə üzləşərək, onların hamısını bir ittihamla məhkum edə bilmirdi. Onun müxalifləri məhkum etməkdə gördüyü ən mühüm iş onların eyni fikirdə olmalarını qələmə vermək idi. O, bununla bütün bu qrupları Peyğəmbər (s)-in hökumətinə qarşı çıxan və yenidən cahiliyyət əqidələrini dirçəldən tüğyançı mürtədlər kimi tanıtdırmağa çalışırdı. Bu o zaman idi ki, bə`zi qəbilələr Mədinəyə hücum etmək üçün hazırlaşırdılar. Buna əsasən, o, camaatı yığmaqla onların əleyhinə qanlı müharibə başladı, bu müharibədə minlərlə adam öldürüldü. Xəlifə ərəb tayfalarına xitab edərək dindən çıxan hər kəsin tövbə etmədiyi təqdirdə qətlə yetirilməsi, yandırılması və əhli-əyalınının əsir edilməsi ilə bağlı sərəncam verdi.

Bu hökmün Islam baxımından heç bir əsası yox idi və yalnız xəlifənin şəxsi ictihadından doğurdu. Islam dini xüsusilə mürtədlərə qarşı son dərəcədə ehtiyatı gözləmiş və heç vaxt onları əqidələrində şübhəyə düçar olduqlarını ehtimal verən kimi cəzalandırmır və irtidada məhkum etmir.

Şiə və əhli-sünnə mənbələrində belə yazılır: “Xəlifənin müharibə etdiyi müxalif qüvvələrinin əksəriyyəti tövhid və nübüvvətə inanır və namaz qılırdılar.” Ibn Kəsirin dediyi kimi, Ibn Macəni müstəsna etməklə, bütün hədis alimləri belə yazmışlar: “Ömər, Əbu Bəkrə e`tiraz edərək dedi: “Nə üçün Peyğəmbərin sünnəsinə qarşı çıxıb, Allahın birliyinə və Peyğəmbərin risalətinə şəhadət verənlərlə döyüşürsən?”2 Əbu Bəkr cavab verib dedi: “...Allaha and olsun! Namazla zəkat arasında fərq qoyan (yə`ni namaz qılan, lakin zəkat verməyən) kəslə həmişə döyüşmək lazımdır. Əgər bir illik zəkatlarını mənə verməsələr, onlarla müharibə edəcəyəm!”1

Təlihəyə qoşulan Əsəd, Qətfan və Teyy qəbilələri Əbu Bəkrin yanına bir neçə nəfəri nümayəndə yollayıb, “Biz namaz qılırıq, lakin sənə zəkat vermək istəmirik!” – deyə xəbər göndərdikdə, xəlifə demişdi: “Əgər zəkat verməkdə dəvənin ayağının ipi qədər belə səhlənkarlıq etsələr, onlarla döyüşəcəyəm!”2 Onlar Mədinənin ətrafında yaşayan qəbilələrinin yanına qayıdıb dedilər ki, Mədinə hökuməti buna razılıq vermir. Buna görə də Mədinəyə hücum etmək üçün ən yaxşı vaxt indidir. Çünki müsəlmanların çoxu Üsamənin ordusundadır və onun ordusu da Şam sərhədlərinə doğru hərəkət etməyə hazırlaşırlar.3

Xəlifə vəziyyətin böhranlı olduğunu gördükdə, Əli ibn Əbi Talib (ə)-ın himayəsini cəlb etməklə Mədinənin mühüm çıxış yollarını Təlhə, Zübeyr və Abdullah ibn Məs`uda tapşırdı,4 əhalini məscidə çağırıb onlara dedi: “Ətraf nahiyələrdə yaşayanların hamısı kafir olmuşlar. Ola bilsin, gecə, yaxud gündüz bizə hücum etsinlər. Indi onlar sizin yaxınlığınızdadırlar, buna görə də özünüzü hazırlayın!”

Onlar üç gündən sonra gecə ikən Mədinəyə hücm edib, şəhərin keçid yollarında pusquda duranlarla üzləşdilər. Müsəlmanlar onların Mədinəyə girməsinə mane oldular və onları tə`qib etdilər, nəhayət bə`ziləri öldürüldü, bə`ziləri gizləndi, bə`ziləri qaçıb canını qurtardılar və Mədinə müsəlmanları qələbə çaldılar.5 Beləliklə, xəlifə iki aydan az bir müddətdə Mədinənin yaxınlığında yaşayan müxaliflərin bə`zilərini qətlə yetirdi, bə`zilərini isə özünə təslim etdi. Bu vəziyyət onun üçün müxalifləri məhkum etmək üçün ən yaxşı fürsət idi.




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin