Günah lüğət elmində



Yüklə 2,71 Mb.
səhifə53/66
tarix21.10.2017
ölçüsü2,71 Mb.
#8153
1   ...   49   50   51   52   53   54   55   56   ...   66

ARAŞDIRMA VƏ HÖKM VERMƏ


Quranın cəm olunması haqqında qeyri-şiənin kitablarsnda gələn hədislər bir-birilə ziddir. Bu hədis və rəvayətlərin bəziləri buna dəlalət edir ki, elə o vaxt yazılmağı nəzərdə tutulmuş Qur`anlardan biri Həfsənin əlində olan Quran idi. Başqa tərətdən deyilir ki, Əbubəkrin xilafətinin əvvəllərində həzrət Əli (ə) Qur`anı cəm etməsi haqqında hökumətə xəbər verəndə Ömər ona dedi ki: “O Qur`an ki, bizim əlimizdədir, sənin əlində olan Qur`ana ehtiyacımız yoxdur!” Elə bu rəvayətə görə Əbubəkr Qur`anı cəm və tərtib etməmişdən əvvəl, həzrət Əli (ə) onu cəm və tərtib etmişdi. Həmçinin Ömər etiraf etmişdir ki, hal-hazırda onun əlində Qur`an vardır və başqa Qur`ana ehtiyac yoxdur. Əhli-sünnənin tanınmış mühəqqiqi Haris yazır: Xalq arasında məşhurdur ki, Qur`anı Osman cəm edib, amma amma belə deyildir. Həqiqət budur ki, xəlifə İraq və Şam əhlinin Qur`an oxunuşunda olan ixtilafına görə qorxuya düşdü və müsəlmanları məcbur etdi ki, onun özünün oxuduğu qiraətlə oxusunlar.4

Müasir dövrün ən məşhur fəqihlərindən biri deyir1: Osmanın bu işini müsəlmanlar ona görə tənqid etmədilər ki, o, müsəlmanları Qur`anı vahid bir üsul əsasında qiraət etməyə çağırmışdı, bu da Rəsulullahın (s) qiraətinə uyğun idi. Bu gedişlə Osman müsəlmanları zəif qiraətlərdən uzaqlaşdıra bildi, amma Qur`anın Osmanın vaxtında cəm və tərtib edilməsi bir neçə dəlilə görə həqiqətlə uyğun deyil:

1. Qur`anın Osmanın vaxtında tərtib edilməsinə dəlalət edən rəvayətlər hədis elmi nöqteyi-nəzərindən vahid xəbər* və həm də ziddiyyətlidir. Başqa müvəssəq** hədislər onun əksini isbat edir. O da budur ki, Qur`an Rəsulullahın (s) vaxtında yazılıb tərtib edilmişdir.

2. Həmin rəvayətlərdə deyilir: Osmanın təyin etdiyi heyət bir ayədə şəkk-şübhə edəndə iki nəfər şahid və ya şəhadəti iki nəfərin şəhadəti kimi qəbul olunan bir nəfər şahid tələb edir və şəhadətdən sonra o ayəni Qur`an ayəsi kimi qəbul edirdilər. Bu cur iddia bir növ Qur`anın təhrif olunma təsəvvürünü yaradır. Çünki belə olan surətdə gərək qəbul edək ki, Qur`anın bəzi ayələri bir və ya iki nəfərin iddiasına əsasən sübut olunmuşdur. Halbuki, bir sozün Qur`an ayəsi ünvanı ilə sübut olunması üçün təvatürdən* başqa yol yoxdur. Bundan əlavə, Qur`anın bəlağəti və xüsusi səbki Qur`an ayələrini bəşərin danışığından elə ayırıb ki, onun hər bir ayəsi Qur`an ayəsi olub-olmadığına görə bir və ya iki nəfərin şəhadətinə ehtiyac yoxdur.

3. Heç bir aqil insan qəbul etməz ki, müsəlmanlar, xüsusilə də Peyğəmbər Qur`anı cəm və tərtib edilməsini özündən sonraya qədər təxirə salsın. Çünki Peyğəmbərdən sonra elə bir vaxt oldu ki, Qur`anı müxtəlif yollarla oxunmasına görə və ya Qur`anı əzbər bilənlərin öldürülməsi nəticəsində Qur`an tamamilə məhv ola bilərdi.

4. Bir çox ayələr buna dəlalət edir ki, Qur`an nazil olandan e`tibarən, Qur`anın surələri bir-birinin ardınca və bir-birindən ayrı olub və müsəlmanlar arasında öz adı və nişanı ilə tanınmışdır. Bəzi ayələrdə Peyğəmbər (s) müşriklərdən tələb edir ki, Qur`anın müqabilində on və ya bir surə gətirsinlər.

5. Çoxlu ayələrdə və mötəbər "Səqəleyn”** hədisində Qur`ani məcid kitab adlandırılmışdır. Bu cür adlandırmadan belə nəticəyə gəlirik ki, Qur`an Peyğəmbərin rehlətindən öncə cəm edilmişdir. Çünki sinələrdə və ya taxta parçalarında qorunan Qur`anı kitab adlandırılmaq olmaz.

AYƏLƏRIN TƏFSIRINI MƏHV ETMƏK


Əgər üçüncü xəlifənin tədbiri qiraət nöqteyi-nəzəri ilə Qur`anları bir etmək olsaydı, ona irad tutmaq olmazdı. Kitablarda xəlifənin bəzi şübhəli tədbirləri barədə - ki, nəticədə ona irad tutublar – çox az danışılıb. Sual oluna bilər: Necə olur ki, Qur`anın fərqli qiraətləri gətirib ixtilafa səbəb olur və səhabələrin hər biri digərini bir ayəni oxuduğuna görə onu təkfir (kafir hesab) etsin? Əgər Qur`anların bir edilməsinə səbəb ayələrin qiraətini bir səbklə oxunması idisə, onda nə səbəbə görə Qur`anın mütədavil qiraətlə yazılışından sonra Qur`anın kəlmələrini hərəkəsiz yazıb şəhərlərə göndərdilər?! O necə ixtilaflı qiraət idi ki, hətta Huzeyfə xəlifəyə dedi: “Əgər Qur`anları bir etməsən, bundan sonra Qur`anlardan heç bir əsər-əlamət qalmayacaq və müsəlmanlar arasında davaya səbəb olacaq.” Əgər müsəlmanların müşkülü Qur`anın düzgün oxunuşunun müəyyən edilməsi idisə, nəyə görə təzə Qur`anı yazdıqdan sonra öncəki Qur`anı yandırır və ya su və sirkə ilə qaynadırlar?! İxtilaflı oxunuşları öz nüsxələrində düzəldə bilməzdilərmi?! Hansı amillər səbəb oldu ki, Qur`anların vahid hala salınmasında Əli ibn Əbi Talib (ə) və Abdullah ibn Məsudun (Peyğəmbərin (s) zamanında ayələrin yazıçısı) nüsxəsini qəbul etmədilər, hətta İbn Məsudun nüsxəsini təhqir edərək ondan alıb yandırdılar?! Tədqiqatçılar yazırlar: İbn Məsudun döyülməsinin və təhqir olunmasının səbəbi öz nüsxəsini onlara təhvil verməməsi idi. Nəticədə nüsxəni güclə ondan alıb yandırdılar.1 Xəlifəni göstərişi o idi ki, Qur`an gərək Zeyd ibn Harisin qiraəti ilə yazılıb oxunsun.2 İbn Məsud bu göstərişi eşidən kimi məsciddə moizəyə başladı və dedi: “Osman mənə göstəriş verir ki, Qur`anı Zeyd ibn Harisin qiraəti ilə oxuyum! Allaha and olsun, mən Peyğəmbərin (s) mübarək ağzından yetmiş surəni öyrənəndə başı kəkilli Zeyd uşaqlarla oynayırdı”.3 İbn Məsud və onun həməqidələrinin əlində olan Qur`anın başqa Qur`anlarla heç bir fərqi olmamasında şübhə yox idi. Heç vaxt görünməyib ki, onlar bir surənin ayələrini tanısınlar, başqaları tanımasın.

Bəzi amillər səbəbi ilə onların səylərinin nəticəsi qəbul olunmadı. Nəzərə çarpan odur ki, onların xəlifə ilə ixtilafı Qur`anın hərəkə və səhih oxunuşu məsələsindən tamamilə başqa bir şey idi. Bəzi suallar xəlifənin əməlinə şubhə ilə yanaşıb və etiraz etməyə səbəb oldu. O suallardan bəziləri bunlardır:

1. Nəyə görə o heyətin məsul şəxsi Zeyd ibn Haris təyin edildi? Halbuki onun yaşı az və Peyğəmbər xanədanına müxalifdir.

2. Əli ibn Əbu Talibin (ə) əli ilə toplanan Qur`anın nə nöqsanı var idi ki, xəlifənin təyin etdiyi heyətin nəzərinə uyğun gəlmirdi?




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin