Günah lüğət elmində



Yüklə 2,71 Mb.
səhifə57/66
tarix21.10.2017
ölçüsü2,71 Mb.
#8153
1   ...   53   54   55   56   57   58   59   60   ...   66

QIYAMIN BAŞLANMASI


Əllamə Əmini (r.ə) Bilazəridən nəql edərək yazır: “Hicrinin 34-cü ilində müsəlmanlardan Osmanın dini və siyasi üslubu ilə müxalif olan bir dəstəsi üç böyük şəhərlərdən (Kufə, Bəsrə və Misir) gəlib Məsucidül-Həramda Osmanın əməlləri ilə əlaqədar danışıqlar apardılar. Onlar bu qərara gəldilər ki, öz məntəqələrinə qayıdandan sonra xalqı xəlifəni pis rəftarından agah etsinlər və camaatı özləri ilə birləşdirib sonrakı ildə Mədinədə görüşsünlər, xilafət haqda bir qərara gəlsinlər. Əgər xəlifə öz keçmiş işlərindən peşman olub işləri yoluna qoysa ona toxunmasınlar, əks halda isə, onu vəzifədən kənarlaşdırsınlar.”3 Sonrakı ildə Əbdur-Rəhman ibn Udeysin başçılığı ilə altı yüz nəfər Misirdən, iki yüz nəfər Həkim ibn Cəbələ Əbdinin başçılığı ilə Bəsrədən və iki yüz nəfər Malik Əştərin başçılığı ilə Kufədən Mədinəyə yollandılar. Yol əsnasında başqa bir dəstə də onlara qoşuldu.4 Mədinədə onların sayı iki qat oldu. Ayişənin, Zübeyrin və Təlhənin tərəfdarları da onlarla birləşdilər.5 Bu e`tiazçı dəstələrin müxtəlif hədəfləri var idi. Bunlardan Təlhə kimi bəziləri siyasi dəstə idi. Bir çoxları da – Malik Əştər kimi dini məqsəd güdürdülər. Birinci dəstədən olan bəziləri Osmanın hökumətinin sayəsində çoxlu sərvətə iqtisadi qüdrətə və ictimai nüfuza malik idilər. Amma hökumət səviyyəsində olan bütün işlər Bəni Üməyyənin əlində olduğuna görə çox narahat idilər və fürsət axtarırdılar ki, öz hökumətlərini qoruyub saxlasınlar. Bu dəstə digər bəzi müsəlmanlar kimi qoyulan bidətləri sünnə kimi qəbul edir və Xəlifənin ictihadlarına etiraz etmirdilər. Yalnız dövlət vəzifələrindən məhrum olduqlarına görə narahat idilər. Müxalif qüvvələr xilafətin mərkəzini mühasirəyə alib xəlifə ilə danışıq aparmaq istədilər. Osman əvvəlcə Mügeyrət ibni Şöbəni göndərdi ki, onları sakit edib geri qaytarsın. Müxaliflər onu görən kimi fəryad etdilər. “Ey bir gözlü pis adam!”. Ondan sonra Əmr ibn As xəlifə tərəfindən müxaliflərin arasına çıxıb demək istəyirdi: “Xəlifə deyir: Allahın kitabı nə göstəriş versə ona əməl edəcəyəm. Sizinlə pis rəftarıma görə üzr istəyirəm və səy edəcəyəm ki, işin öhdəsindən gəlim.” Əmr hələ öz sözünə başlamamışdı ki, camaat onu söyməyə başladılar və dedilər ki, “Sən Məkkənin bədnam (fahişə) qadınının oğlusan. Sənə inanmaq olmaz.” Osmanın ətrafında olan bəziləri dedi: “Bu iş yalnız həzrət Əli ibn Əbu Talibin (ə) əli ilə həll ola bilər.” Osman o həzrəti yanına çağırıb dedi: “Bu camaatı Allahın kitabına və Peyğəmbərin sünnəsinə əməl etməyə dəvət et!” Həzrət Əli (ə) buyurdu: “ Bu işi bir şərt ilə qəbul edirəm ki, əhd-peyman bağla ki, bu vaxta qədər sənin tərəfindən onların xeyrinə aldığım zəmanətə (Allahın kitabı və Onun Rəsulunun (s) sünnəsinə) vəfa edəsən.” Osman şərti qəbul etdi. Həzrət Əli (ə) müxaliflərin yanına getdi, amma onlar xəlifənin əhd-peymanına inanmadılar. Həzrət Əli (ə) ona zamin olmayana qədər qəbul etmədilər. Nəhayət onlar Həzrət Əli (ə) zəmanəti ilə Osmanın yanına getdilər və onlar arsında olan danışıqlar son nöqtəyə çatdı. Axırda rəsmi qərara gəldilər ki, xəlifə rəsmi yazılmış surətdə əhd-peyman bağlasın ki, müsəlmanların istədiklərini yerinə yetirsin. Əhdnamənin mətni belədir: “Bu yazı Allahın bəndəsi və Əmiril-möminin o kəslərdir ki, onu tənqid ediblər. Xəlifə əhd-peyman bağlayır ki, Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə əməl etsin. Məhrumlara hər nə istəsələr, versin, qorxu içində olanların əmniyyətinə təminat versin. Sürgün olunanlar öz vətənlərinə qayıtsın. Həzrət Əli (ə) möminlərin və müsəlmanların müdafiəçisidir. Osman gərək bu əhd-peyamana əməl etsin.” Bu məktub hicrinin 35-ci ili Ziqədə ayında yazıldı. Dəstələrin hamısı o bəndlər üzrə yazını1 alıb öz şəhərlərinə qayıtdılar. Misirlilərin məktubunba Abdullah ibn Əbi Sərəhə belə yazılmışdır: Bu məktub çatan kimi şəhərin valisi xalqın istəyi ilə Məhəmməd ibn Əbibəkrin öhdəsinə verilsin.” Amma yolda olarkən Osmanın xidmətçisini gördülər ki, tələm-tələsik surətdə Misirə tərəf gedir. Misirlilər ondan şübhələr güman etdilər ki, Osmanın tərəfindən Misirin valisi Abdullah ibn Əbi Sərəhə məktub aparır. Təftiş etdikdən sonra su tuluğunun içindən uzun surətdə bükülmüş məktub tapdılar. Məktubda bu sözlər yazılmışdı: “Ey Abdullah! Əmr ibn Budeyl Misirə çatan kimi onu boynunu vur. Kənanənin, Urvənin və ibn Udeysin əllərini kəs və qoy qanına qəltan olsun, sonra onları dar ağacından as.” Bu məktubu görən misirlilər özlərindən çıxdılar və hamılıqla Mədinəyə qayıtdı. Onlar Həzrət Əli (ə)-la görüşüb məktubu ona verdilər. Həzrət Əli (ə) məktubu osmanın yanına apardı. Osman bildirdi ki, məktub onun katibinin xətti ilə yaxılıb və möhür də onun möhürüdür, amma and içdi ki, bu işdən xəbərsizdir. İşin zahiri görünüşü onun sözünü təsdiq edirdi. Çünki o günlərdə xəlifənin möhürü Həmran ibn Əbanın əlində idi. O Bəsrəyə gedəndən sonra möhürü Mərvana vermişdi.2 Misirli heyətin nümayəndəsi Osmana dedi: “Əgər bu məktubdan sənin xəbərin olsa sən xəyanətkarsan və əhd-peymanı sındırmısan və əgər xəbərin olmayıbsa sənin xilafətə ləyaqətin yoxdur. Elə buna görə gərək xilafətdən gedəsən və Mərvan da cəzalandırılsın.” Osman onların sözlərinə əhəmiyyət vetməyib Mərvanı və başqalarını müdafiə edirdi. O, öz mövqeyini belə bildirdi. “O libası ki, Allah mənə geyindirib, heç vaxt çıxartmayacağam. Əgər mən sizin istəyinizə əməl etsəm, belə çıxır ki, siz hökumət başındasız, mən yox!”3 Siz mənə irad tutduğunuz və ona görə məni söyduyunuz həmin bəzi işləri Ömər ibn Xəttabdan qəbul etmisiniz. O sizin başınızdan vurub elə sakit edirdi ki, heç kim gözünün ucu ilə ona baxa bilmirdi. Amma bilin! Mənim köməkçilərim ondan çoxdur.”4 Bundan sonra müxaliflər ikinci dəfə olaraq Osmanın evini elə möhkəm mühasirəyə aldılar ki, hətta içəriyə su belə, aparmağa qoymadılar. Osman müxaliflərinin bu etirazlarının ciddi olduğunu görüb divarın üstünə qalxdı və fəryad etdi: “Bir kəs yoxdur ki, Həzrət Əliyəxəbər versin, bizə su çatdırsın?!” Bu xəbər Həzrət Əli (ə)-a çatan kimi Həsən (ə) və Hüseyn (ə)-ın və bəni haşimdən olan neçə nəfərin köməyi ilə üç tuluq suyu xəlifənin evinə göndərdi. Mühasirəçilər suyun evə aparılmasına mane oldular. Çəkişmələrdə Bəni Haşimdən bir neçə nəfər yaralandı, nəhayət, suyu evin içinə apardılar. Bu müddətdə Mərvan həmişə Osmanı vəsvəsə edirdi ki, bu işlər o zaman düzələr ki, Əli öldürülsün. Amma həqiqət bunun əksinə idi. Əgər Osman Mərvanı müxaliflərə təhvil versəydi və bəzi islahatlar həyata keçirsəydi o zaman vəziyyət sakitləşərdi. Sadaladığımız bu amillərdən başqa müsəlmanların qiyamının ən mühüm və onun öldürülməsinə səbəb olan amili Osmanın Mərvanı müdafiə etməsi və müsəlmanların tənqidlərinə əhəmiyyət verməməsi idi. Belə ki, Əmr ibn As da Müaviyəyə məktubunba Osmanın axmaqlığına işarə etmişdi. Müaviyə Əmr ibn Ası Misirə vali təyin edəndən sonra Əmr ibn As Misirdən Şama maliyyə göndərməkdən imtina etmişdi. Müaviyə məktubla danlayıb təhdid etdi. Əmr məktub ilə ona “Culculiyyə” qəsidəsi adı ilə məşhur olan cavab yazdı. O yazır: “Ey Müaviyə! Keçmiş hadisələri unutma... O mən idim ki, müsəlmanlara deyirdim onların namazları sənsiz qəbul deyil... O şəxs mən idim ki, müsəlmanları məcbur etdim o axmağın (Osman) intiqamına görə Əli (ə) ilə vuruşsunlar.”1

Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin