Günəş doğdu, yayıldı, Yatan ellər ayıldı. Açdı çiçəkli güllər, Dilə gəldi bülbüllər


Digəri: daha xoş bir qız yavrusu, Lalədən rəng alıb gülür varlığı. Onun nə dərdi var, nə də qayğusu, Qazanmış əsrindən bəxtiyarlığı



Yüklə 21,31 Kb.
səhifə2/3
tarix26.11.2023
ölçüsü21,31 Kb.
#135280
1   2   3
səməd vurğun

Digəri: daha xoş bir qız yavrusu,
Lalədən rəng alıb gülür varlığı.
Onun nə dərdi var, nə də qayğusu,
Qazanmış əsrindən bəxtiyarlığı.

Bu şeirdən on il sonra yazılmış «Qızcığaz» fikrin - irəli sürdüyü məqsədin («İki körpə»də) davamını görürük; yeni həyatın mənəvi-psixolojisini gənc valideynlər təmin edirlər, fəaliyyətin təsir gücü fərdi taleləri ictimai qüvvədə birləşdirir. Şeirin qəhrəmanı alagöz, sarışın körpəcə bir qızdır. Təkdir (nə üçün? Ehtimal atası ya səfərdədir, ya da işdədir) və gözünü sıxır. Şübhəsiz, bu haləti intizardan gəlir; buna dözməyən qonşular onu heç cürə ovundura bilmirlər: «Ana nəfəsinin özgə dadı var» - pıçıldayır şair.
Oxucu hələlik qızın «dərdindən» bixəbərdir. Halbuki az sonra Təbiətin əbədi və təntənəli hadisəsi baş verəcəkdir. Hərəkət anlayışı (Qalileyə məxsus) ətalət anlayışını (Dekarta məxsus) yarıb keçəcək və Kainatın harmoniyasını tamamlayacaq bir körpə dünyaya gətirəcəkdir ana! Biz belə bir poetik süjetdə epiklik axtarmamalıyıq. Şeirin poetikasındakı fikir gerçəkliyi axtarışına gəlib çıxır, ənənəvi, amma iradsız formanı götürür, təbiətin daha bir hadisəsini oxucuya təqdim edir. Və ən çox sevinən Anadır, müqəddəs varlıqdır. Təsadüfi demirik: Ana Təbiət!
- Alagöz, Alagöz! Bir oyan, qızım,
Sənsən bu dünyada tale ulduzum…
Qızcığaz gözünü yuxudan açır,
Ana o gözlərə bir şəfəq saçır.

S.Vurğun yozumunu qəribə hesab etməzdik - maraqlıdır ki, uşaqlar üçün yazdığı nümunələrdə Ana və onun Körpəsi (uşağı) əsas obrazlardır.

birinə sığınmışsa, ehtiyac varmı onlara bioloji varlıq kimi şair yanaşsın? S.Vurğun şeirdə çalışmışdır ki, Ana və bala obrazları mənəvi gözəllik duyğusu da aşılasın, oxucuda məxsusi bəşəri ideyalar doğursun, düşünə blisin ki: Bəşər tam halda insanı qorumalıdır, insanı mənəvi-sosial-iqtisadi cəhətdən elə etməlidir ki, demoqrafik proses ləngiməsin. Gözəllik: ana-uşaq-körpə kənardakılara, onları müşayiət edənlərə estetik siqnal vasitəsi kimi də təsir göstərsin. Lakin. Bir laqeydlik. Saymazlıq:



Yüklə 21,31 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin