Böyük Rəhbər çox mehribandır. Amma ümumi məsləhətlər məsələsi ortaya çıxdıqda, heç bir səhvi bağışlamır. Bədr, ya da Xeybər əməliyyatı zamanı bir-iki komandir səhlənkarlıq etmişdi. O, bu məsələdən xəbərdar oldu, Ali Şura Məclisinin sədri kimi İmama məktub yazıb, qanunu pozanların ağır cəzalandırmasını istədi. Ayətullah Xameneinin o dövrdə belə rəftarı çox təsirli idi və müharibənin vəziyyətində nizam-intizam yaradılmasında çox təsir qoydu.
Böyük Rəhbərin nizam-intizamı dillər əzbəridir. O, çox nizamlı şəxsdir, silahlı qüvvələr qarşısındakı çıxışlarında da hamını nizam-intizama dəvət edir. Bəzən intizamsızlıq gördükdə narahatlıqla buyurur: “Hərbi qüvvələrdə intizamsızlıq olmamalıdır, ezamiyyətlər, iş başında hazırlıq və silahlı qüvvələrin zahiri görkəmi intizamlı olmalıdır”. O, dəfələrlə hərbçilərlə keçirdiyi iclaslarda nizam-intizam üzərində çox təkid göstərmişdir. O, hərbçilərin paradına nəzarət edir, bəzən ən kiçik və ən cüzi hərəkətləri onların komandirinə deyir. Ali Baş Komandan tərəfindən məsələlərə belə yanaşma biz hərbçi zabitlərin hamısı üçün örnəkdir.