Elə bu Xamenei!
Mən, cənab Ərdəbili, mühəndis Musəvi, Hacı Əhməd ağa və cənab Xamenei adətən həftədə bir dəfə birgə iclas keçirirdik. Hacı Əhməd ağanın növbəsi çatanda İmamla da görüşürdük. İmamın yanında keçirilən iclaslardan biri rəhbərlik canişinliyinin ləğv edilməsindən sonraya təsadüf edirdi. Çox ağır bir iclas idi. Biz gələcək üçün nigaran idik. Buna görə də, istəyimizi imama bildirib dedik: “Bizim mühüm problemimiz budur ki, siz yaşa dolmusunuz və gələcək mərhələlər üçün bizim hazır olmağımız lazımdır. Sizə canişinlik üçün heç bir kimsəmiz yoxdur”.
İmam bir an fikrə getdi və sonra buyurdu: "Necə yoxumuzdur?! Elə bu Xamenei!" Bizim təsəvvürümüzdən əsla belə bir şey keçmirdi. Doğrudan da, təzə bir xəbər idi. Bu sözdən sonra iclas bitdi. Amma elə oradaca Böyük Rəhbər həzrət İmama dedi: "Mən sizdən xahiş edirəm buradakılara deyəsiniz və vacib edəsiniz ki, bu sözlərinizi gizli saxlasınlar”. İmam da buyurdu: "Cənablar bu mövzunu məhrəmanə saxlasınlar və heç bir yerdə danışmasınlar". Bu, mənim İmamdan Böyük Rəhbər haqqında eşitdiyim ən dəyərli cümlə idi.
Ayətullah Haşimi Rəfsəncani
Dostları ilə paylaş: |