Ayətullah Xamenei cəbhəyə baxış keçirdi, saat 16:30-da bitən uzun baxışdan sonra öz səngərinə qayıtdı. Mən Böyük Rəhbərlə bir saat xüsusi görüş istədim, o razılıqla istəyimi qəbul etdi. Mən ağa ilə təqribən 45 dəqiqə müharibə və digər məsələlər haqda söhbət etdim. O mənim sözlərimi hövsələ və diqqətlə dinləyir, sonra danışırdı. Ölkə prezidentinin mənim kimi adi korpus zabiti ilə rəftarı olduqca səmimi idi.
Xalqa xidmət Böyük Rəhbərin düşüncə və fəaliyyətlərində bir an belə yaddan çıxmayan məqamdır. O, Urmiya səfərində rəsmi iclasda bu barədə xüsusi bir məqamı vurğuladı. Bu söz mənim üçün çox gözəl və maraqlı idi. O, Urmiyanın vəzifəli şəxslərinin iclasında buyurdu: “Xalq inqilab üçün çox zəhmət çəkmiş, malından və canından keçmişdir. Onlar imkanları çatan hər şeyi Allah yolunda vermişlər. Bu xalq yolunda yorulmaq düzgün deyil”. Bu, Böyük Rəhbərin xalqa baxışıdır. Mən bunu Ağanın xalqa olan məhəbbətindən irəli gələn bir baxış sayıram.