Bir gün gəlib dedilər ki, film hazırlamaq üçün teleşirkətdən gələcəklər. Söz verdikləri gün bir maşınla üç-dörd nəfər gəldi: “Hacı ağa, özünü hazırla, əziz bir qonağın var”. Onlardan qonağın kimliyini soruşduqda, belə eşitdim: “İnqilabın böyük rəhbəri”. Bu zaman qapının səsi eşidildi, ağa içəri daxil oldu, görüşün şövqü məni çaşdırmışdı. Ağa məni qucaqladı, üzümü öpdü, mən də Böyük Rəhbərin əlini öpdüm. Sonra gedib xanımıma dedim ki, o da gəlsin. Ağa otağa daxil oldu və yerdə oturdu. Öncə halımızı soruşdu, problemlərimizi xəbər aldı, sonra buyurdu: “Şəhidlərin şəklini gətirin”. Üç şəhid övladımın şəklini gətirdim. O, şəkilləri bir-bir öpdü, öz qarşısına qoydu və buyurdu: “Əgər bu şəhidlər olmasaydı, biz də yox idik, nəyimiz varsa, bu şəhidlərdəndir”.
O, təxminən yarım saat bizimlə qaldı, getmək istədiyi zaman mənə üz tutdu və buyurdu: “İcazə verirsiniz gedək?”. Mən dedim ağa, bizim icazəmiz sizin əlinizdədir. O vaxt birdən yadıma düşdü ki, qonağımızın qabağına heç nə qoymadıq. Böyük Rəhbərlə görüşdən özümüzü itirmişdik, yadımızdan çıxmışdı ki, ağa bizim qonağımızdır. Utana-utana ondan üzr istədim. O da gözəl bir təbəssümlə buyurdu: “Nə eybi var?!”
Məcid Şücaipur
Dostları ilə paylaş: |