SAMİ TƏHSİLİ
Ənənəvi olaraq,Sami uşaqları yetkin sayılmaq üçün məktəbdən deyil,yalnız öz şəxsi müşahidələrindən və valideynlərindən “təhsil” alırdılar.Bu gün Samilər yaşadıqları hər 4 dövlətdə müasir normalara uyğun təhsil alırlar.Bəzi məktəblərdə xüsusən Sami uşaqları üçün əksər fənnlər Sami dilində keçirilir.Hətta Norveçin Tromsø,İsveçin Umla,Və Finlandiyanın Oulu universitetlərində Samiləri öyrənən bölmələr vardır.
Bu gün Samilər hər bir dörd ölkədə tam hüquqlu vətəndaşlar olub,təhsil,sosial ,dini,seçki azadlıqlarına malikdirlər.Onların İsveçdə,Finlandiyada və Norveçdə öz parlamentləri mövcüddur.
Norveçdə Sami Parlamenti 1989-cu ildə 5-ci Kral Olav tərəfindən açılmışdır.Norveçdəki Sami əhalisindən cəmi 43 parlament üzvü seçilir.Parlamentin verdiyi qərarlar daha çox Norveç Parlamentinə,xüsusən də Sami xalqına aid olan məsələlərdə məsləhət xarakteri daşıyır.
Bu parlamentlərin əsas əhəmiyyəti digər ərazilərdə yaşayan Samiləri əlaqələndirməyidir.1956-cı ildə Norveç Sami Konsulu tərəfindən ilk dəfə olaraq Norveç,İsveç və Finlandiya Samiləri arasında əlaqə yaradıldı.
Bu günümüzdə də Samilər onların əcdadlarının həyat tərzi,insanları,adətləri ilə fəxr edirlər.Onlar bu gündə Samilırin əsas məşğuliyyəti olan maralçılığı müasir formada davam etdirirlər.Maralçılıq qədim Samilər üçün həyat tərzi və yaşam vasitəsi idisə,müasir Samilər üçün əcdadlarının tarixinə açılan pəncərədir .
Samilər qeyd etdiyimiz kimi müasir cəmiyyətə adaptasiya olunaraq digər ölkə vətəndaşalrı kimi yaşayırlar.Lakin fərqli mədəniyyəti,parlaq insanları,xalq kimi kimliyi bu gündə onları əsl Sami edən başlıca cəhətdir.
Müəyyən illərdə Sami yazıçıları,filosofları,alimləri,mdəniyyət insanları Sami mədəniyyətini,irsini və dilini qorumaq üçün narahatlıqlarını bildirmişlər və bu sahədə digər Samiləri də fəal olmağa çağırmışdılar.Lakin bu gün bu mənzərə tamamilə dəyişib,SAMİLƏR bu gün Avropada ən çox tədqiq olunan xalqlardan biridir.Bunun da səbəbləri obyektivdir.SAMİ XALQI istər geyimi ilə,istər adət-ənənəsi ilə,istər dini ritualları ilə,istər maralları ilə,istərsə də bayraqları ilə fərqlidirlər,originaldırlar.Bu irsi həqiqətən qorumağa dəyər.
Bizim əcdadalarımız dözdülər
Hər əzaba keçmiş günlərdə,
Sami ailsinin üzvləri,biz mübarizə etməliyik!
Günəşin övladları!
Heç kəs bizi tabe edə bilməz
Əgər biz qızıl dilimizi qorusaq,
Və müdriklərimizin bu sözünə qulaq assaq:
Sapmi Samilər üçündür.
(SAMİ MİLLİ HİMNİNDƏN bir parça)
Dostları ilə paylaş: |