Tüfəng – dostlar və qohumlar arasında ziddiyyət və çəkişmə baş verəcək kimi yozulur. Yuxuda tüfəng səsi gözlənilməz xəbərdir.
Ürpənmək (tükləri biz-biz durmaq) – yuxuda vücudunun ürpəndiyini görmək – Allahdan qorxmaq və ürəyi yumşaqlıq nişanəsidi. Qorxulu bir şeydən tükləri ürpənən adam sıxıntı və darlıqdan qurtarar.
Ürkmək - yuxuda ürkmək və çəkinmək xeyrə yozulur. Düşmənindən ürkən ona basılır, şeytandan ürkən ona aldanır, gördüyü işin cəzasından ürkən cəzalandırılır.
Üşütmə - yuxuda üşüdüyünü görən adam əlindən çıxan xətanı özgədən yox, özündən görməlidir. Başqa bir anlama görə, yuxuda üşüdüyünü görən qabağa çıxan xətanı sovacaqdır.
Ülgüc – yuxuda ədavət, yaman söz və acı dil anlamındadı. Ülgüclə bir şeyi kəsmək başlanılmış işin yarımçıq qalacağını bildirir. Ülgüclə ət doğramaq camaatı özündən incik salmaq deməkdi.
Ütmək (tüklərini odda yandırmaq, qursalamaq): yuxuda tülkü dərisini, ya bir heyvanın kəlləpaçasının tüklərini ütən bir adam borc, çətinlik, töhmət və qəmdən qurtulur.
Ütüləmək – yuxuda qırışıq bir parça, ya paltarı ütülədiyini görən adam qatma- qarışıq işlərini ağıl və tədbir ilə avanda salır. Yuxuda dağ ütü zəkavətə, soyuq ütü tədbirə dəlalət edir.