Yabancı (yad kimsə) – yuxuda bir yad (yabancı ) adamla görüşmək yəni bir iş görmək, ya imkana çatmaq kimi yozulur.
Yaxa – paltarın yaxasının təmiz olması qazanc, çirkli olması ziyana işarədi.
Yaxşılıq – yuxuda birinin haqqında yaxşılıq etmək, ya möhtac bir adamın əlindən tutmaq – şad xəbər eşitmək, şadlığa uğramaq kimi yozulur.
Yazı yazmaq – yuxuda savadsız bir adamın özünü yazmaqda görməsi, onun camaat işlərində bacarığına işarədi. Savadlı adamın yazı yazması vəfaya, bolluğa çatmaq kimi yozulur. Öz yazdığını oxuya bilmədiyini görən günahlarından tövbə edir. Kitab yazdığını görən, lakin onu tamamlaya bilməyənin işləri yarımçıq qalar.
Yaşmaq – yuxuda yaşmaq görmək xoş xəbər eşitməyi ifadə edir. Yuxuda yaşmaqlı qadın görən oğlan, ya qız xoşbəxt ailə quracaq.
Yaşıllıq – yuxuda göz işləyən yaşıllıq görmək uzun ömür və böyüklük nişanəsidi. Yuxusunda yaşıllıq görən, ya yaşıl paltar geyən qız tanıdığı və sevdiyi oğlanla evlənib bəxtiyar yaşayacaq.
Yağ – yuxuda hər cür yağ, can yağı, quyruq yağı, kərə yağı görmək səadət, xoş günə doğru addımlamaq kimi yozulur.