SU GƏLƏR AXAR GEDƏR
Su gələr, axar, gedər, vərni* yıxar gedər,
Neynirəm eylə yarı, yandırar, yaxar gedər.
Bala yarım, neynim, neynim, gözəl yarım, neynim, neynim,
Aç qolların sal boynuma, ay dəliqanlı!
Aman şəkərli, ballı, aman qeymaq dodaqlı!
Suya denən axmasın, yar yolunu yıxmasın,
O gözlərə tapşır ki, özgəsinə baxmasın.
_____________________
٭vərni – suyun qabağına qoyulan maneə
Nəqərat
Yelə denən əsməsin, yar yolunu kəsməsin,
Yara salam göndərdim, heç vaxt məndən küsməsin.
QARA GÖZLƏR
Məndən ayrı gəzən yardan,
Yanıq bağrım üzən yardan,
Kəklik kimi süzən yardan,
Könül gəlmiş zara gözlər,
Qara gözlər, qara gözlər,
Qara gözlər, qara gözlər.
Adım dildən-dilə düşdü,
Sona vurdum, gölə düşdü,
Məcnun olub çölə düşdü,
Könül olmuş yara gözlər.
Dağlardan yel əsər gedər,
Söz qılıncdı kəsər gedər,
Söz deməmiş küsər gedər,
Neyləmişəm yara gözlər.
Dostları ilə paylaş: |