Sizdəh günü (13-cü gün). Sizdəh günü Yekanatda başqa yerlər kimin tutulmaz, təkcə oğlan uşaqları, yeniyetmələr iştirak edər, neçə nəfər birlikdə naharlarını götürüb çölə, yaxın dağlara gedərlər. Böyüklər demək olar ki, bu işə qarışmaz, kənddən eşiyə çıxmazlar. Bəzən qızlar, arvadlar fürsətdən istifadə edərək, çölə pencərə gedib, eyni halda şənlik edərlər. Üst-üstə demək olar ki, sizdəh /13/ mərasimi Yekanatda məxsusən, fars tərəfləri kimi tutulmaz.
Sizdəh günü, demək olar ki, bayram günlərinin qurtarmağı deməkdir. Bu gündən sonra səfərə gedən çoxalar. Kəhrizlərin suyuna qıra (qərə) atılar və əkinçilərə su verilər. Mədrəsələr açılar, iş günləri rəsmən başlayar. Deməli sizdəh günü qış rahatlıqlarının, bayram günlərinin sonu, ciddi çalışmaların, fəaliyyətlərin başlanğıcının bəşarətçisidir.
Dostları ilə paylaş: |