Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə129/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   125   126   127   128   129   130   131   132   ...   195
BAYRAM OYUNLARINDAN ÖRNƏKLƏR
Yumurta döyüşdürmə (çaqqışdırma)
Kəhrizyekənddə Novruz bayramı günlərində müxtəlif oyun­lar oynanılır. Bu oyunların biri yumurta döyüşdürmək oyunudu ki, bişmiş yumurta ilə iki adam arasında iki (ya bir qatar) yumurta ilə oynanılır. Oyunçuların biri (yumurtası bərk olan) yumurtanı ovucunun içində gizlədib, təkcə onun baş tərəfini bir az açıq qoyaraq yatar, o biri açıq qalan yerindən mülayim döyər. Hər kəsin yumurtasının başı sınsa, o biri tərəfini (künəsini-arxa­sını) döndərib ovucun içində saxlayır. O biri hərif yumurtasının başı ilə yenə də çaqqışdırar. Bu zaman iki halət üz verə bilər. Əgər o yumurtanın künəsi sınsa, yumurtanı hərifə verməlidi. Əgər o biri salim yumurtanın başı sınsa, bu dəfə o, yumurtanı döndərib, yatar və yumurtasının hər iki tərəfi sınan hərif yumurtanı o biri hərifə verməli olar. Bu oyunda bəzən hər iki yumurtanın hər iki tərəfi sınar. Bu zaman udub, uduzmaq arada olmaz, hər kim öz yumurtasına sahib olar.

Lakin bu oyun sadə yox, çoxlu təşrifat, çənə vurmaqla keçirilər. O cümlədən hər iki hərif hər iki yumurtanı dəfələrlə dadarlar. Yumurtanı dadmaq belədir ki, həriflər yumurtanın hər iki tərəfini ehmalca üst ənglərinin qabaq dişinə döyərlər. Onların səsindən yumurtaların hansının bərk olduğu bilinər. O zaman bir-birlərinə “Sən yat..., sən yat” deyirlər. Əlbəttə, yumurtası bərk olan yatmalıdı. Yatmaq isə haman yumurtanı ovcunda gizlədib, aşağıda saxlamaqdır. Bəzən yumurtaların biri bərklikdə tapılmış olursa, o biri hərif onu başa-baş döyüş­dür­məyə hazır olmaz. O şəxs yumurtasının başını bir az əyməlidir. O biri tərəf mürəttəbən “əy”, ya “əyil” deyə yumurtanı əyməyə əmr edir. Yumurtanın nə qədər əyilməli olduğunu təyin etmək üçün o şəxs (yumurta sahibi) barmağında ağzından bir az tüpürcək götürüb yumurtanın başından bir az aşağı tüpürcək ilə bir xal salar. Bu zaman yenə də çənə vurmaq başlanır.

– Yox... bir az aşağılıq (xal) sal...hər halda razılaşdıqdan sonra o xal salınan (əyilən) yumurta yatmalı, o biri tərəf yu­murtasının başı ilə mülayimətlə o xalın yerindən o yumurtanın başına çalmalıdır. Bəzən hərif çətin razılaşsa, o biri hərif haman şəraitdə yumurtaları əvəz etməkdə hazır olar.

Qatar oyununda bir neçə (məmulən – 10) yumurtanı qatar düzərlər. Bu oyun məlulən çoxlu bişmiş yumurta hazırlamış olan dükanlarda oynanılmış olar.

Hər iki hərif yumurtaları dadıb neçə dəfə yerlərini dəyişdi­rəndən sonra nəhayət onların biri bir tərəfdən yumurtanı götürüb yatar (ovcunun içində saxlayar), o biri hərif də ikinci yumurtanı götürüb, onun ovcundakı yumurtanın açıq qalan yerindən (başından) çalır. Yumurtalar bu çaqqışdırmada bir-bir sınarlar və hər kəsin əlindəki yumurtanın hər iki tərəfi sınsa, onu yerə qoyub, qatardan bir ayrı yumurta (tərtib üzü ilə) götürər. Burada yumurtası sınan yatmalıdır. Oyunun sonunda hər kimin əlində bir tərəfi, ya iki tərəfi salim yumurta qalsa, o, oyunu udmuş olur, yumurtaları götürər. O biri tərəf isə yumurtaların pulunu dü­kançıya verər. Söz yox iki, bu oyunların şirinliyi, gözəlliyi də haman təşrifatlarda, çənə vurmaqlardadır.

Buna görə də Yekanatda bərk yumurtalayan toyuq qədri bilinər. Bir atalar sözündə deyilir ki: “Toyuğun pisi bərk yu­murtalar”. Misri toyuq (morql-şaxdar) adlanan ev quşlarının yumurtası məmuli toyuqlardan çox bərk olar.



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin