Müxtəlif inam və adətlər
Bayramdan 45 gün keçmiş günə erməni xaçı deyirlər. Rəvayətə görə guya erməni xaçını suya salar və ondan sonra bir yağış yağar ki, onun adına “leysan” deyirlər. Bir də deyirlər ki, ermənilər bu yağışın suyundan bir qaba yığıb tüklərini kəsib salırlar o yağışın suyuna və yer yağışdan doyandan sonra erməni xaçını sudan çıxardırlar.
Kiçik çillə deyib: Əgər böyük çillənin qüdrəti məndə olsaydı uşaqların ayaqlarını qundaqda və gəlinlərin əllərini yağ bardağında dondurardım.
Yayın orta ayına xurma bişən ay deyirlər. Yayın orta ayında hərdən bir soyuq düşür, ona boran deyirlər. Keçmişdə bir nəfər çöldə bu borana rast gəlir, ayaqlarını soyuq alır. Bir məsəl də var deyirlər: “Niyə bizə gəlmədin, ayaqlaruvi boran almışdı?”
Dostları ilə paylaş: |