Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə169/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   165   166   167   168   169   170   171   172   ...   195
Xanımların yığnaqları
Xanımların yığnağı həftədə iki yerdə olardı. Yığnağın za­ma­nı axşama dörd saat qalanda idi. Yaşlı xanımların söhbətləri bayatı ilə gedirdi. Birinin əlində bir təsbeh olardı. Onu çad­ra­sının altında saxlayardı. Sonra deyirdi ki, hər kəs istəyir, niyyət eləsin. Müxtəlif niyyətlər edərdilər. Biri niyyət eləyirdi ki, görüm niyə səfərdə olan oğlumdan bir xəbər yoxdu, görüm başında nə var? Sonra o, niyyət elədiyini elan edərdi. Əlində təsbeh olan xanım çadranın altında təsbehdən bir miqdar əlinə gələni, o biri təsbeh danələrindən ayırıb deyirdi: “Aç falın yaxşı gəlsin, axırı yaxşı gəlsin, açmışam Əli falını, axırı yaxşı gəlsin”. Bu sözləri dedikdən sonra o, başqa bir söz deməzdi. Orada hüzurları olan xanımlar gərək bir-bir bayatının əvvəl beytini deyə, qalanını saxlayardılar. Hər xanım bir bayatı dedikcə əlində təsbeh olan xanım ayrılan təsbeh danələrindən birini dala çəkərdi ta axırına yetişərdi. Məclis sıra qurtaranadək bayatı ilə keçərdi. O məclislərdə oxunan bayatılar belə idi:


Göydə ulduz mah gedər

Gah əylənər, gah gedər

Sidqi dürüst olanın

Qabağıncan şah gedər.


Göydə ulduz cudadır,

Gözüm sənə fədadır

Qəm çəkmə dəli könlüm

Mətləb verən xudadı.


Armud ağacı əli

Dibi döşənib xalı

Hey idim, hey hey oldum.

Nökər idim, bəy oldum.


Yığılın qohum-qardaş

Mən hamıdan yey oldum

Qızıl üzük qəltanı

Yoldan çıxma yol tanı.


Gedibdi genə gələr,

Gözlərivin soltanı.

Əzizim naçar ağlama

Gündü keçər ağlama


Göydən bir alma gəldi

Ya Muhəmməd, ya Əli,

Bir qapı örtülsə də,

Allah açar, ağlama.


Oturmuşdum səkidə

Ürəyim səksəkidə

Göydən bir alma gəldi

Bir qızıl nəlbəkidə


Qaşlarun xorasanı

Kim salıb tora səni.

Yalvarıram şahi-Nəcəfə

Tez salsın yola səni.


Qapıdan biri gəldi

Gözümün nuru gəldi.

Bu arxı kim arıdı,

Arxdan su duru gəldi.

Balaca cib bıçağı

Oldum illər qaçağı.

Bir səhər gəl, bir axşam

Bir də günorta çağı.


Çələnbər çay içində

Günüm – ax vay içində

Allah mətləbin versin

Bu gələn ay içində.


Mən aşiqəm vay dərdim

Vay dərmanım, vay dərdim.

Xalq gül əkdi, gül dərdi

Mən gül əkdim, vay dərdim.


Ağ at kişnədi gəldi,

Yüyən dişlədi gəldi,

Atamın böyük oğlu

Toyu başladı gəldi.


Əzizim naçar ağlama

Od gələr qaçar ağlama.

Ürəkdə var dügünün

Allah açar ağlama.


Əzizim daşa dəyər

Daş qalxar daşa dəyər

Yemə namərd çörəyin

Axırda başa dəyər.

Quzu, quzu, çal quzu

Altında var xal, quzu

Dərman gəldi itirdi

Dərman getdi, gəl quzu.


Əzizim günə yandım

Gün çıxdı, günə yandım

Xalq bir dəfə yanandı,

Mən dönə-dönə yandım.


Əlində badya gəlin,

Durubdu çayda gəlin.

Allah mətləbin versin,

Bu gələn ayda gəlin.


Mən aşiq ərdalana

Göz baxar ərdalana

Oğullar sayəsində

Analar daldalana.


Bu məscidi mən yapdım.

Pəncərəsin gen yapdım,

İtirmişdim dostumu.

Axırda genə tapdım.


Mən aşığam, gülüm vay

Bülbülüm vay, gülüm vay

Bir bağda bağban oldum

Heç dərmədim gülüm, vay.


Əzizim yanar oda,

Pərvanə yanar oda

Dərdim dağa desəm,

Od tutar, yanar oda.

Aşiqəm gül yaxası

Açıbdı gül yaxası.

Qönçədən köynək geyin,

Güldən isti yaxası.




Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin