SƏN Kİ GÜNDƏ BURDASAN
Molla bir gün birisi ilə sözləşir, sonra da əlbəyaxa olurlar. Onları tutub aparırlar darğanın yanına. Sən demə, bir neçə gün ondan qabaq da Mollanı ayrı bir məsələ üçün həmin darğanın yanına aparmışdılar.
Darğa Mollanı görcək deyir: “Molla, səndən heç gözlənilməzdi, bu neçə gündə bu ikinci dəfədi ki, sən buraya gəlirsən”.
Molla soruşur: “Bura gələndə məyə nə olar?”
Darğa deyir: “Necə ki nə olar? Məyə sən bilmirsən ki, düz adamın yolu bura düşməz?”
Molla deyir: “Mənim ömrümdə cəmi iki dəfə yolum bura düşüb, amma sən hər gün burdasan”.
ŞİKAR İTİ
Mollanın yaşadığı şəhərin bir cilis٭ hakimi var idi. Hakim bir gün Mollanı görüb dedi: “Eşitmişəm sən şikarı çox sevirsən. Səndən xahişim budu ki, mənə yaxşi bir tazı tapasan”.
Molla söz verir ki, onun xahişin yerinə yetirsin.
Bir neçə gün sonra o bir yekə çoban iti tapıb boynuna ip salıb hakimin yanına aparır. Hakim köpəgi görən kimi təəccüblə Molladan soruşur:
– Sən bu köpəgi nəyə bura gətirmisən?
Mölla deyir: – Məgər siz özüz deməmişdiniz?
Hakim deyir: – Mən səndən bir beli incə tazı istəmişdim, amma sən mənə bir sürü iti gətirmisən.
Molla deyir: – Xatiriz cəm olsun, bu it bir həftə sizin evizdə qalsa, beli tazı belindən çox incələcək.
Dostları ilə paylaş: |