Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə26/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   22   23   24   25   26   27   28   29   ...   195
ƏLƏ SALMAĞIN QAŞİ OLUR, YA GÖZİ?
Mollanın aşnalarından biri hər yerdə özünü tərifləyib deyər­miş ki, heç kəs məni ələ sala bilməz. Bir gün Molla özündən razi adami ələ salmaq üçün ona deyir:

Sən burda otur, mən gedim evə baş vurum gəlim, onda gör səni necə ələ salacam.

Molla bu sözdən sonra gedir. Adam ha gözləyir ki, Mol­la indi gəlir, bir saata gəlir, amma Molladan xəbər olmur.

Axırda, o üzünü orada oturanlara tutub deyir:

– Gördüz? Molla gördü ki, məni ələ sala bilmiyəcək naçarlıqdan əkildi.

Oradakilərdan biri gülə-gülə deyir:

– Kişi, ələ salmağın qaşi olur, ya gözi? O, indi iki saatdi səni gözi yolda qoyub, özi gedib kefinin dalinca.

İSTİRAHƏT SAATI
Birisi Molladan soruşur ki, sən igirmi dörd saatda neçə saat dincəlirsən?

Molla deyir:

– Gecələr beş-alti saat özüm yatanda, gündüzlər də nahardan sonra bir-iki saat “o” yatanda.

Adam soruşur:

– O, kim olmuş ola?

Molla cavab verir:

– Bizim əyal.

Adam deyir:

Qanmaz kişi, mən soruşdum sən özün neçə saat dincəlirsən? Mənim sənin əyalın ilə nə işim var?.

Molla cavab verir:

– Qanmaz özünsən, məyər sən bilmirsən ki, onun yuxuda olduğu iki saat da mənim dincəlmək saatım sayılır.


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin