SƏN DƏ DÜZ DEYİRSƏN
Molla şəhərdə qazi olduğu zaman birisi onun yanına gəlib bir özgəsindən şikayət edir. O sözlərində özünü həqqli, qarşı tərəfi günahkar qələmə verir, sonra da Molladan nəzir istəyir:
Molla deyir:
– Sən düz deyirsən, haqq səninlədi.
Sabahisi gün o biri tərəf Mollanın yanına gəlir, o da özünü həqqli bilib günahi o biri tərəfin boynuna atır. Molla onun da sözlərin eşidəndən sonra deyir:
– Sən düz deyirsən, həqq səninlədi.
Mollanın arvadı pərdənin dalından onun hər iki tərəfə həqq verməsini eşidib soruşur:
– Kişi, bu nə cür qəzavətdi? Sən dünən həqqi o tərəfə verdin, bu gün də bu biri tərəfə verirsən.
Molla bu sözü arvadından eşitcək deyir:
– Arvad, sən də düz deyirsən.
Dostları ilə paylaş: |