BU AYAQDAN TÜLKÜNÜNKÜ QALIB ALLAHA
Birisini gördülər bir qat kəmənd, bir qəbzə tüfəng, bir dana it, bir dana nizə, bir çuval saman ilə gedir. Biri soruşdu:
– Bu şeyləri özünlə hara aparırsan?
O dedi:
– Tülkü şikarına gedirəm. Əvvəl çalışacağam onu kəmənd ilə tutam, kəməndlə tutammasam, çalışacağam tüfəng ilə vuram. Tüfəng ilə vurammasam, iti dalınca salacağam. İt ilə də tutammasam, tülkü qurtulub qaçıb yuvasına girsə, nizə ilə onu bezikdirəcağam, yuvası çox dərin olsa, nizə bir iş görənməsə, yuvasının ağzında saman yandıracağam!...
Soruşan adam onu sözünü bitirməyə qoymayıb dedi:
– Bu ayaqdan tülkününkü qalıb Allaha!
Dostları ilə paylaş: |