ZƏHMƏT OLMASA, APAR DƏVƏNİ
ÖZ QAPINDA XIXLA
Şahın xəzinəsini daşıyan dəvələrdən biri itir. Şəhərin quldurlarından biri onu tapıb evinə aparır. Yükünü yendirib, əmin yerdə gizlədəndən sonra iz itirmək üçün dəvəni evdən çıxarıb, şəhərin uzaq məhəllələrinin birində yazıq bir adamın qapısında xıxlamaq istəyir. Ev yiyəsi dəvənin böyürtsünə qapıya çıxıb soruşur:
– Sən nə iş görürsən?
O cavab verir:
– İstirəm bu yolunu azmış dəvəni burda xıxlayam, bəlkə yiyəsi onu görüb aparsın.
Onun kələyini duyan ev yiyəsi deyir:
– Zəhmət olmasa, apar dəvəni öz qapında xıxla!
ÜÇ AY MƏN SƏNƏ GƏLƏLİ, ÜÇ AY SƏN MƏNİ ALALI, RƏCƏB, ŞƏBAN, RƏMƏZAN – BU OLAR DOQQUZ AY
Avam bir kişinin arvadı evləndiklərindən üç ay sonra bir uşaq doğur. Kişi arvaddan soruşur:
– Uşağın anadan olması 9 ay çəkir. Bu necə işdi ki, sən üç ayda doğdun?
Arvad deyir:
– Bizim uşaq da doqquz ayında doğulub. Üç ay mən sənə gələli, üç ay sən məni alalı, rəcəb, şəban, rəməzan – bu elər 9 ay.
Dostları ilə paylaş: |