BELƏ BÖRKÜN VAR,
APAR QOY CƏBRAYILIN BAŞINA
Uzun müddət başıaçıq gəzən bir adam küçə-bağdan keçə-keçə birdən köylündən bir börk keçir, öz-özünə deyir:
– Allah, nə olardı, mənə də bir börk verəydin.
Bu ara divarın dalında su arxını arıdan bir kimsə palçığın içindən cırıq, bulaşıq bir börk tapır. O, börkü belin ucunda var qüvvəsilə divarın o biri tərəfinə tullayır. Qəzadan börk də rast gəlir, düşür börk arzusu köylündən keçən yazığın başına. Kişi əvvəl çox sevinir, amma onu əlinə alıb görəndə bərk darılır, qeyz ilə börkü tazadan divarın o biri tərəfinə tullayıb, deyir:
– Belə börkün var, apar qoy Cəbrayılın başına!
Dostları ilə paylaş: |