YA MUSA, KÖTƏYİ DƏ YEDİN, SÜDDÜ AŞI DA
Deyirlər bir gün Musa peyğəmbər münacatda Allahdan soruşur:
– İlahi, mən bu gün nə yeyəcağam?
Nida gəlir:
– Sən bu gün nahara süddü aş yeyəcaqsan.
Musa peyğəmbər Allahın hökmündən özünü qurtarmaq üçün üz qoyur dağa-daşa sarı getmağa. Çox yol gedəndən sonra acımış halda bir çobana rast gəlir, ondan yeməğa bir şey istəyir. Çoban da əl üstü süd sağıb, dağırcıqdakı dügüdən töküb, tələsik süddü aş düzəldir, qonağın qabağına qoyur. Musa süddü aşı yeməkdən çəkinir. Çoban Musanın süddu aşı yemək istəməməsindən acığı tutub əl eliyir ağaca, bir-ikisini Musaya yedizdirir.
Həzrəti-Musa canının qorxusundan süddü aşı dibinəcan yeyir. Göydən nida gəlir:
– Ya Musa, kötəyi də yedin, süddü aşı da!
Dostları ilə paylaş: |