HALAL XOŞUN OLSUN!
Bir yol kəsənin nənəsi oğlundan istədi halal qazancından ona bir kəfən alsın. Oğlan yolda başı sarıqlı alimə rast gəlib sarığı onun başından qapıb dedi:
– Bunu mənə halal elə.
Amma alim bu işdən boyun qaçırdı.
Yolkəsən sağdan-soldan onu dolaşdırmağa başladı. Alim işi pis görüb dedi:
– Yaxşı halal elədim. Halal xoşun olsun!
O, kisibi evə gətirəndə nənəsi soruşdu:
– Bir de görüm, onu necə aldın?
Yol kəsən dedi?
– Əvvəl vermək xəyalı yox idi, elə ki, kötəyi yedi, onun “halali-xoşun olsun” səsini göydə mələklər də eşitdi.
SƏN ÇOX BİLİRSƏN, YA ALLAHIN PEYĞƏMBƏRİ?!
Birinin bir qoca qarı nənəsi var idi. Qarını gecələr yuxu aparmazdı. O, səhərəcən zayıldayıb oğlunu da yatmağa qoymazdı. Bir gün oğlan qarını bir səbətə qoyub, dalına alır, Həzrəti-Musanın yanına gətirib deyir:
– Ya Musa, mənim bu nənəm gecəni səhərəcən nə özü yatır, nə də məni yatmağa qoyur.
Musa peyğəmbər deyir:
– Sən ona bir ər tap.
Oğlan deyir:
– Ya Musa, axı, o, çox qocadı.
Qarı bu sözləri eşitcək, əlini səbətdən çıxarıb, oğlanın başına bir qapaz salıb deyir:
– Sən heç utanmırsan, peyğəmbərin sözün yerə salırsan. Mənə bir de görüm, sən çox bilirsən, ya Allahın peyğəmbəri?
Dostları ilə paylaş: |