Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə57/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   53   54   55   56   57   58   59   60   ...   195
ACIN İMANI OLMAZ
Birisi acından bıxmışdı. Şeytan ona öz əlilə yemək gətirib dedi:

Mən sənə yemək verirəm, bu şərt ilə ki, yeyib doyandan sonra imanuvi mənə verəsən.

Adam qəbul edir, yeməkdən doyunca yeyir. Yeməkdən çəkiləndən sonra şeytan deyir:

– Yaxşı, indi sən imanuvi ver mənə.

Adam deyir:

– Mən yox şeyi sənə haradan verim.

Şeytan soruşur:

– Məyə demədin imanın mənim olacaq.

Adam deyir:

Mən bu sözü ac ikən dedim, acın ki imanı olmaz!


QATIR ALAN SOVUŞDU
Bir gün həkim bəzəkli-düzəkli qatıra minib, şəhərə dolan­mağa getmişdi. Yol üstə tazaca həşiş çəkmiş bəngilərdən biri nəşəli olduğundan soruşur:

– Qatır satdıqdı?

Hakimin yasavulları onu tənbeh etmək istədikdə hakim qoymur. Axşamüstü hakim haman yoldan qayıdanda genə gözü haman adama sataşır, ona deyir:

– Qatırı neçəyə alırsan?

Adamın halı özünə qayıtdığı üçün deyir:

– Qatır alan sovuşdu.



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin