HAMAMDA DƏLİ VAR
Hamamda yuyunmağa gələn dəlinin birisi hamamı başına götürmüşdü. O, birini döyür, birini söyür, var gücü ilə çığır-bağır salırdı. Bu ara hamamda soyunmaq istəyən bir müştəri soruşur:
– İçəridə nə hay-küydü?
Dedilər:
– Nə olacaq, hamamda dəli var.
Adam öz-özünə deyir:
– İndi ona dəlinin necə olduğunu göstərərəm.
O içəri girər-girməz dəlini altdan-üstdən dolaşdırır, elə bağırır ki, hamam cingildəyir. Əvvəlki dəli bunu görcək əl-ayağın yığışdırıb yuyunmamış, qaça-qaça gəlib paltarlarını götürüb küçəyə çıxır.
Onu bu halda görənlər soruşurlar: “Bəs niyə belə?”
O deyir:
– Deməyin, hamamda dəli var…
Dostları ilə paylaş: |