SƏNDƏN ADAM ÇIXMAZ!
Günlərin birində dədənin oğlu ilə sözü çıxdı. Dədə acıqlanıb dedi:
– Səndən adam çıxmaz.
Oğlan bu sözdən inciyib baş alıb özgə diyara getdi. Orda çox eniş-yoxuşdan sonra dədəsi yaşayan şəhərin hökumət fərmanını aldı. O, şəhərə gəlincə hər şeydən əvvəl hökm elədi dədəsini əlibağlı yanına gətirsinlər. Onun gözü dədəsinə sataşcaq dedi:
– Ay kişi, sən deyirdin məndən adam çıxmaz. Bax, indi öz şəhərimə hakim olmuşam.
Dədə gülümsəyib dedi:
– Mən demişdim səndən adam çıxmaz, deməmişdim səndən hakim çıxmaz. İndi genə sözümün üstündəyəm. Sən adam olsaydın, dəduvi qolubağlı gətirməzdin.
Dostları ilə paylaş: |