DAYIN GƏLİB DƏDƏ MALIZI BÖLUŞMƏYƏ
Oğru gecə evin divarından düşdü. Evin gəlini südəmər uşaqla dəhlizdə yatmışdı. Oğru əl qoydu evi yığışdırmağa. Bu ara uşaq vəngildədi, gəlin uşağın səsinə ayıldı, gördü oğru yığışdırır. Dedi:
– Quzum, ağlama, dayın gəlib dədə malımızı bölüş- dürməyə, qoy görək özü nə götürür, bizə nə qoyur.
Oğru bu sözləri eşitcək, qolları susaldı. Oğurladığlarını bağlamaq üçün gətirdiyi məndəni yerə sərili qoyub getdi.
IX. YUXU YOZMALARI
Açar – yuxuda uğursuz evlənmək və həsrət çəkməyə yozulur. Açarı qapı üstündə görmək – həbsə alınmaq və itkin düşməkdir. Açarla bağlı qapı açan – ağır bir işi müvəffəqiyyətlə başa çatdıracaq.
Ada (cəzirə) – yuxuda ada görmək yalnızlıq və dostlarından iraq düşmək kimi yozulur. Adanın dəryada batmasını görmək – arzu etdiyin adamla evlənmək deməkdir. Adada yanar dağ görən – dost və qohumlarından özünü qorusa yaxşıdır.
Ağac – yuxuda ağac görmək, ümumiyyətlə, bolluq və sevinc nişanəsidir. Meyvəli ağac – yuxu görənin arzularının doğulmasına və qazanc əldə etməsinə işarədir. Meyvəsiz ağac – ümidsizlik və əli boşa çıxmaq deməkdir. Ağacla dövrəli bağça, ya meşə görmək – yaxınlardan yardım görmək; ağaca çıxmaq, ya ağac üstündə oturmaq nəvə-nəticə sahibi olmağa yozulur.
Dostları ilə paylaş: |