Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə69/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   65   66   67   68   69   70   71   72   ...   195
Atlanmaq – yuxuda bir yerdən bir yerə atlanmaq – bir hal­dan başqa hala düşmək nişanəsidir. Yuxarıdan aşağıya atlanmaq – yoxsulluğa düşmək, aşağıdan yuxarıya hoppanmaq – qazanc, məqam, rifah; xəndəkdən, çaydan, uçurumdan atlanmaq – çətin­likdən qurtarmaq deməkdir.
Ay – yuxuda ayı görmək – ümumiyyətlə, məhəbbət və bol­luq nişanəsidir. Ayı tamam görmək – işlərdə bacarıq və irəlilə­mə; ayı qırmızı görmək – səfər və yolaçıxma; ayı buludla örtülü görmək – sevgi itkisi və göz xəstəliyi; ayı ağ və parlaq görən – qız olsa evlənəcək, qadın olsa gözəl bir qız doğacaq, subay kişi olsa gözəl bir qadınla evlənəcək, qoca, ya qarı olsa, gözəl bir nə­vəsi olacaq; ayı gündüz görən – günlərini boş işlərlə keçirəcək; ayı hərəkətdə görən – sevincli bir xəbər alacaq; ayın tutulduğunu görənin əqrəbalarından birisi sarılıq xəstəliyinə tutulacaq.
Ayaq – yuxuda sağlam ayaq görmək – sağlıq və sevinc nişanəsidir. Kəsik ayaq – qatma-qarışlıq və dalğınlıq; topal ayaq – kədər və acı xəbər; ayaq yumaq – ümid və istək; çılpaq ayaq – öz eybini örtməyə çalışmaq; ağ ayaq – dostların səni tərk edə­cək; qız ayağı – izlədiyi işdə yaramaq; qadın ayağı – ya­şayışda arası kəsilməz çətinlikdir.

Ayaqqabı (başmaq) – yuxuda taza ayaqqıbı geymək bir qız, ya bir oğlana evlənmək nişanəsidir. Başmaq nimdaş olursa, evləndiyi qadın dul olur. Ayaqqabını ayaqdan çıxarıb, tazadan geymək arvadla kişinin dalaşıb yenidən barışmağı deməkdi.
Ayna – yuxuda aynaya baxmaq taza yar-yoldaş tapmaq, aynada özünü gözəl görmək etibardan düşmək; özünü çirkin gör­mək – başladığı işin düzgün olması; qoca görmək – yox­sullaşmaq; ayna silmək – böyük ad-san qazanmaq; ayna itirmək – qazanc əldə etmək deməkdir.
Baba – babanı yuxuda görmək – ümid, rahatlıq, rifah içində xoşbəxt ailə qurmaq deməkdir. Babanı evdən uzaqlaşdırmaq – acı xbər, pərişanlıq kimi yozulur. Babanı nənə ilə dalaşmaqda görmək – ailədə ayrılıq nişanəsi, babanı yenidən evlənmiş gör­mək – uğur deməkdir.
Baca – yuxuda baca görmək – qazandığını itirmək; baca təmizləmək – naxoşluqdan qurtarıb sağlamlaşmaq; bacanın hö­rülməsi – ailəyə kədər üz vermək; bacanın uçulması – ailədən bi­rinin naxoşlanması və dünyadan getməsi kimi yozulur.
Badam – yuxuda badam uğurlu olur. Badam dərmək ya badam satın almaq – yararlı bir işə çatmaq, ya evlənmək, ba­dam yemək – çox sevincli bir hadisə ilə üzbəüz gəlmək, gül aç­mış badam – cavan oğlan tərəfindən bəgənilmək kimi yozulur.
Bağ, bağça – yuxuda bağ-bağça – xeyir və aydınlığa yozulur. Özünü bağda gəzişməkdə görmək – çox böyük sevinc və rahatlığa çatmaq deməkdir; bağ-bağçada oturub dincəlmək – sağlamlıq və səadət nişanəsidir; bağ-bağçada işlədiyini görən adam – ömrünün yaşlı çağlarında özünü saf və səmimi dostlar arasında görəcək.
Bağlanmaq – yuxuda özünü bağlanmış görmək – işlərin pozğunluğuna; arvad ilə kişinin özlərini birlikdə görmək – bağlı olduqları dərin məhəbbətə; köpək bağlamaq bir şeydən öncə se­vinməyə, lakin sonra kədərlənməyə; oğru əli ilə yataqda bağ­lan­maq – bəxtin üz çevirməsinə; dirəyə bağlanmaq səfalətə yozulur.
Bal – yuxuda bal görən – gözəl bir qadınla evlənər; bal tutmaq (yığmaq) – başladığı işə müvəffəq olmaq; bal satmaq – uzaqdan gələn xəbərdən acınmaq; ağ bal – dərya səfəri; bal pətək içində – işlərin tərsə getməsinə işarədir.
Balıq – yuxuda balıq görən həyatda uğur əldə edir; balıq tutmaq – haqlı olmadan yaşayışdan şikayətlənmək; balıq satmaq – tutduğu işdə qazanc əldə etmək; balıq təmizləmək – bir dolandırıcıya rast gəlmək kimi yozulur.
Balta – yuxuda balta görən – çox çabalayır, lakin istəyinə çatmır. Balta ilə ağac kəsmək – bir eşq macərasına tuş gəlmək; balta ilə vəhşi heyvan öldürmək – düşmənlərə üstün çıxmaq; baltanı sapsız görmək – evləndigindən məmnun qalmamaq deməkdir.

Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin